Tver vilayətində yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin yardıma ehtiyacı var


Tver vilayətində yaşayan çoxuşaqlı azərbaycanlı ailəsinin  yardıma ehtiyacı var
Bu xahişlə redaksiyamıza Tver vilayətində bu ailəni tanıyan və uzun zamandır yardım edən bir türk qardaşımız müraciət edib. Onun bildirdiyinə görə Elman Babayevin 4 azyaşlı uşağı var. Həyat yoldaşı isə xəstədir və hazırda xəstəxanada yatıır.

Bizə edilən müraciətdə o da vurğulanır ki, Elman Babayevin ailəsinin dolanışığı çox ağırdır və təcili maddi yardıma ehtiyacları var. Onu da qeyd edək ki, orada yaşayan türklər bu günə kimi imkan daxilində ailəyə yardım edirlər, lakin bunun yetərli olmadığı deyilir.

Azərbaycanlılardan soydaşımıza kömək əlini uzadıb onlara dəstək olmalarını, onların durumundan daha çox insanın xəbəri tutması üçün sosial şəbəkələrdə paylaşım yolu və ya digər vasitələrlə onalara sahib çıxılmasını xahiş edirlər.

Biz də bu xahişə qoşulur və Elman Babyevin ailəsinə yardım etməyə çağırırıq.

Ailə ilə bağlı ətraflı məlumat verəcəyik.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir