Vladimir Jirinovski uzun sürən xəstəlikdən sonra vəfat edib


LDPR lideri Vladimir Jirinovskinin vəfatı haqqında xəbəri Rusiya Dövlət Dumasının spikeri Vladislav Volodin verib. Rusiya siyasi həyatında özünəməxsus yeri olan və deyimləri, proqnozları, bəzən hadisələrə münasibətdə təzadlı çıxışları ilə seçilən Vladimir Volfoviçin ölüm xəbəri də dəfələrlə yanıldıcı olmuşdu.

LDPR-nin Rusiya Dövlət Dumasındakı fraksiyanın rəhbəri Vladimir Jirinovskinin 75 yaşında öldüyünü təsdiqləyib.

Xatırladaq ki, Vladimir Jirinovski fevralın əvvəlində koronovirusa yoluxmuş və Mərkəzi Klinik Xəstəxanada müalicə olunurdu. Mətbuat onun bir müddət sonra komaya salındığını və süni nəfəs aparatına qoşulduğunu yazırdı.

Martın 25-də mediada səhvən Jirinovskinin ölüm xəbəri yayılıb. Bütün bu müddət ərzində LDPR liderinin sağalmağa doğru getdiyi bildirilirdi.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir