«Xoca» filmi Moskvada nümayiş etdirildi


«Xoca»  filmi Moskvada nümayiş etdirildi
31 Mart Dünya azərbaycanlılarının soyqırımının günü ərəfəsində Moskvanın “Xudejestvennıy” (“Bədii”) kinoteatrında Vahid Mustafayevin çəkdiyi “Xoca” filminin nümayişi oldu.

Azərbyacanın Rusiyadakı səfirliyinin xətti ilə təşkil olunmuş filmin nümayişi başlamamışdan əvvəl səfir Polad Bülbüloğu səhnəyə çxaraq salona toplaşanları salamladı. O, əvvəlcə qanlı tariximizin bir parçasını əks etdirən filmin ərəsəyə gəlməsində əməyi olan və bu gün Bakıdan Moskvaya filmi bizimlə bir arada izləməyə gələn yaradıcı heyətə minnətdarlıq etdi. Səfir: “Faciəmiz haqqında yazılan hər bir kitab, çəkilən hər bir sənədli, bədii film tariximizin- həqiqətimizin dünyaya çatdırılmasına yönəlik işdir”-dedi. Bu səpkdən olan “Xocalı” hadisələrindən bəhs edən “Xoca” filmi dünyaya tanıtmaq istədiyimiz faciəmizi unutmamağa, gənclərimizə milli-vətənpərvərlik ruhu aşılamağa xidmət edir. Bu yolda atılan hər bir addım şərəflidir”- deyən Polad Bülbüloğlu “Xocalıya ədalət” devizi ilə eyniadlı faciəmizin dünyada tanınmasında xüsusi diqqət və səy göstərən H.Əliyev fondunun Moskva rəhbəri Leyla Əliyevava da təşəkkür etməyi unutmadı. Sonra səfir filimin rejossoru Vahid Mustafayev başda olmaqla yaradıcı heyəti səhnəyə dəvət etdi.

Yaradıcı heyət adından çıxış edən ANS şirkətlər qrupunun baş direktoru Vahid Mustafayev: ““Xoca” filmi haqqında bu gün mən buradan heç nə deməyəcəm. Mən sözümü səhnədən deyəcəm, qiyməti isə siz tamaşaçıalr verəcəksiniz”- dedi. Filmin necə yaranması və çəkiliş zamanı hansı çətinliklərlə üzləşdiklərini qısaca qeyd edən Vahid Mustafayev sadəcə bunları söylədi.

“Film çəkilən zaman uç adamın əl-ayağı donmuşdu. Bir vertalyotumuz az qala qəzaya uğrayacaqdı. 2 mindən çox adamın real ölümlə üz-üzə qalması təhlükəsi vardı. Biz filmi belə bir şəraitdə çəkdik. Xocalı həqiqətlərini 20 ildən sonra gec də olsa demək, çatdırmaq istədik”.

Filmi çəkmək təklifinə gəlicə isə bu onun atası tərəfindən edilən təklif deyil, bir əmr olduğunu vurgulayan Vahid Mustafayev : “Bu filmi çəkməyi atam mənə əmr etdi. Hamınız bilirsiniz ki, “Xocalı” faciəsindən bəhs edən kadrlar Milli Qəhrəmanımız Çingiz Mustafayevə aiddir. Atam mənə “ Sən o faciədən əvvəl baş verənləri çək”-dedi. Mən belə bir fim çəkmək istədiyimiz haqqında prezidentimizə müraciət etdim. Və o bu filmin yaranmasına bilavasitə dəstək oldu. Onun üçün ona minnətdaram”. Bunları da filmin nümayiş olunacağı səhnədən Vahiv Mustafayev söylədi.

O, bu gün Moskvada bu imkanı yaratdığı üçün Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğluna və burada iştirak edən hər kəsə təşəkkürünü bildirdi.

Sonra filinin nümayişi başlandı. Nümayişin sonunda tamaşaçılar “Xocalı”faciəsindən bəhs edən filmi göz yaşalrı və ayaqda alqışla qarşıladılar.

Xatırladaq ki, filmin nümayişində Bakıdan gələn yaradıcı heyətin tərkibində Mir Şahin, Vaqif Əsədullayev və Mehriban rolunun ifaçısı Mina Sovetski var idi. “Xoca””filninin nümayişində Rusiyadakı dplomatik korpusumuzun əməkdaşları, diaspora və digər ictimai təşkilatların nümayəndləri, ziyalılar və tələbələr iştirak edirdilər.

Tünzalə Vəliqızı, Moskva, 30.03.2013
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir