Zaur Baxşəliyevlə Günay Qələndərli Yeni ili Moskvada məhşur ekstrasens Zirəddin Rzayevlə qarşıladı


Zaur Baxşəliyevlə  Günay Qələndərli  Yeni ili Moskvada məhşur ekstrasens Zirəddin  Rzayevlə qarşıladı
Tanınmış teleaparıcılar Zaur Baxşəliyevlə Günay Qələndərli cütlüyü Yeni ildə Moskvada məşhur ekstrasens Zirəddin Rzayevin qonağı olub.

Yenises.ru-ya Zirəddin Rzayevin mətbuat xidmətindən verilən məlumata görə ATV-nin aparıcıları 2013-cü ili Zirəddin Rzayevin ailəsi ilə birlikdə Moskvada Şəmkirin qədim adını daşıyan “Annenfeld” restoranında qarşılayıblar.

Televiziyanın tanınmış cütlüyü ailə həyatı qurduqdan sonra birlikdə qarşıladıqları ilk yeni ilini Moskvada Zirəddin Rzayevin ailəsi ilə keçirməklə ona qarşı doğma münasibəti olduqlarını göstəriblər.

Tünzalə Vəliqızı
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir