Çingiz Abdullayev Facebook səhifəsindən ixtisar siyahısına imza atmağın özünü inkar etmək olduğunu yazdı
“Mən bilirəm, indi bizim əvvəlkilər kimi o qədər də pulumuz yoxdur. Amma puldan da əhəmiyyətli şeylər var””. Dünya şöhrətli yazıçı Çingiz Abdullayev şəxsi Facebook səhifəsindən işçilərin ixtisarı ilə bağlı mövqeyini belə ifadə edib.
Rəhbərlik etdiyi qurumda işçilərin ixtisar edilməsinə münasibət bildirən yazıçı, bir detalı xatırladıb. “”Bu gün bir neçə adamı işdən ixtisar etmək məcburiyətindəyəm. Əmri gətirdilər, baxdım və nə edəcəyimi bilmədim””.
Çingiz Abdullayev adı ixtisara düşənlər içərisində 4 uşağı və həyat yoldaşı hamilə olan ailə başçısının da olduğunu gördüm deyə yazır. Həmin ata biləndə ki, adı işdən çıxarılacaqlar siyahısındadır, ağlayıb. Yazıçı bu detalı sosial şəbəkədən paylaşmaq məcburiyyətində qaldığı üçün üzr istəyib. Və belə bir əmrə imza ata bilməyəcəyini də qeyd edib.
Çingiz Abdullayev- “”İnsanların taleyinə biganə qalaraq, onlara tüpürən, ciddi və prinsipial məmur olmaq çox asandır. Onlar üçün 100 min və ya milyon dollarlar çoxdan pul hesab edilmir. Və o məmurlar bu ehtiyatlarını çox açıq şəkildə insanlara nümayiş etdirirlər. Onlaırn bu əmrlərinin arxasında öz problemləri, çətinlikləri ilə duran canlı insan olduğunu düşünmürlər””-deyə özünün “”yarıtmaz”” bir rəhbər olduğunu vurğulayıb.
Bestsellerlər müəllifi əmrə imza ata bilməyəcəyinin bir rəhbər üçün “”doğru”” olmayacağını da qeyd edərək- “”Əgər mən 4 uşaq atasını qoruya bilmirəmsə, mənim bütün kitablarım kimə lazimdir! Əgər Siz başqa bir insanı anlaya bilmirsinizsə, bütün bu ləyaqət və nəciblik haqqında çağırışlar kimə lazımdır!””- ifadələri ilə daxili acısını, üsyanını paylaşıb.
“”Bilirəm, indi bizim o qədər də çox pulumuz yoxdur, lakin puldan da əhəmiyyətli şeylər var””- deyən tanınmış yazıçı, bunları yazmaqla özünün mələksimalı olduğunu qabartmaq istəmədiyini də vurğulayıb.
“”Sadəcə birilərinin yeyib, digərlərinin baxmasından utanıram. O zaman mən nə üçün uzun illər oxucularırmı inandırmağa çalışmışam ki, sonda Xeyir qələbə çalacaq!. Əgər özüm öz dediklərimə inanmıramsa… “”
Yazıçı statusunda doğrudanmı, Didronun dediyi kimi – “”Xoşbəxt olmaq üçün-yaxşı mədəyə, qəddar ürəyə sahib və vicdansız olmaq lazimdir””-deyə sual edib.
Tünzalə
/Yenises.ru/
“