Rusiyanın AN-26 təyyarəsi Suriyada qəzaya uğradı-30 -dan çox ölü


Rusiyanın AN-26 təyyarəsi Suriyada qəzaya uğradı-30 -dan çox ölü
RİA Novosti-nin verdiyi məlumata görə Rusiyanın nəqliyyat təyyarəsi Suryada qəzaya uğrayıb. Mudafiə nazirliyindən verilən xəbərdə deyilir ki, təyyardə 26 sərnişin və 6 ekipaj üzvü olub. Onlar hamısı həlak olublar.

Qəza Moskva vaxtı ilə saat 15: 00-da Xmeimim hava limanına eniş edərkən baş verib. Təyyarə təxminən uçuş -eniş xəttinə 500 metr qalmış yerlə toqquşub .

İlkin məlumatlara görə, qəzanın səbəbi texniki nasazlıq ola bilər. Qurumdan o da bildirilir ki, “hadisə yerindən verilən xəbərə görə, təyyarədə yanğın baş verməyib””. Müdafiə Nazirliyinin komissiyası qəzanın başvermə səsbəbin bütün mümkün variantlarını araşdırır.

Yüngül hərbi-nəqliyyat çox məqsədli An-26 təyyarəsi malların kiçik və orta məsafələrə çatdırılması üçün nəzərdə tutulub. Sərnişin daşımaq üçün altı min metr yaxın yüksəklikdə olmaqla , təyyarənin yan tərəfinə bərkidilmiş qatlanan oturacaqlardan istifadə edilə bilər.

Yenises.ru


Bir cavab yazın