Seyran Səxavətin “Yol” şeirinə klip çəkilib
Əməkdar artist Kəmalə Məmmədovanın ifasında səsləndirilən Seyran Səxavətin “Yol” şeirinin rejissoru Müsfiq Balayevdir. Rejissor iki sevən arasındakı ayrılığı susuzluqdan-sevgisizlikdən cadar olmuş torpağa bənzədərək, abadlıqdan viranəliyə götürən yolda taykeş ayaqqabı ilə yeriyən gənc qadını canladırıb.
“Həsrətin beş, ümidin bir xal” qazanmağına yol verməmək üçün çağırış-fəryad edilən klipdə rejissor bunu təzadlı səhnələrlə verib.
Aramızdakı məsafə bir qarışdır-deyərək o yaxınlıqla uzun bir yol qət eləmək varkən…
Kəmalə Məmmədovanın oyunçluğu və qiraəti ilə klip təsirli olduğu qədər də düşündürücü alınıb.
Xatırladaq ki, klip oktyabrın 26-da tamaşaçıların isxtiyarına verilib.
Yenses.ru