RF Mərkəzi Bankı bankomatlarda 5 minlik rublun qəbulunu məhdudlaşdırdı


RF Mərkəzi Bankı  bankomatlarda 5 minlik rublun qəbulunu məhdudlaşdırdı
Rusiyada bir çox bankomatlar 5 minlikləri qəbul etmir… Səbəb saxta 5 minlikləri bankomatların tanıması funksiyasını yeniləməkdir.

Mərkəzi Bankdan bunun müvəqqəti xaraker daşıdığı və saxta 5 minlik əskinazların qarşısının alınması məsqədiylə olduğu deyilir.

Regionlardakı bankomatlarda 5 minlik pul əskinazlarının qəbulunu məhdudlaışdırdığı üçün hər 10 cihazdan birində problem yaranıb. Bu haqda MB-ın mətbuat xidmətindən məlumat verilib.

Mərkəzi Bank bu problemə aydınlıq gətirərək səbəb olaraq saxta pul əskinazlarına hissiyatı artırmaq məqsədiylə bankomat proqramının yenilınməsini göstərib.

“Biz ardıcıl olaraq özünəxidmət cihazının iş qabiliyyətini bərpa edirik. Bir çox bankomatlarda 5 minlik pul əskinazlarının qəbulu funksiyası bu həftə bərpa ediləcək””- deyə MK-ın mətbuat xidmətindən bildirilib.

Yenises.ru


Bir cavab yazın