Əliyev İskəndər-M raketinin Ermənistanın əlinə necə düşməsinin izahını istəyib


Azərbaycan  hələ də İskəndər-M raketlərinin Ermənistanın əlinə necə düşməsi sualına rəsmi cavab ala bilməyib.  Bunu Respublika Prezidenti İlham Əliyev Qarabağda  Şuşa şəhərində tapılan İskəndər-M raketinin qırıntılarının da  nümayiş  olunduğu Hərbi Qənimət Parkının açılışında bəyan edib.

“Ermənistan bu raketləri haradan alıb (İskəndər-M, – redaktorun qeydləri). Onlarda bu raketlərdən olmamalı idi. Bu ölümcül silahın ermənilərin əlinə necə düşüb- sualına cavab istəyirik. İndiyə qədər bu suala cavab almamışıq, amma alacağıq “-deyə  İnterfaks Əliyevin sözlərindən sitat gətirib.

Ölkə başçısının  sözlərinə görə, bu raketlər Şuşa şəhərinə  nəzarəti üzərinə götürdükdən sonra  Azərbaycan hərbçilərinə qarşı istifadə edilib. O, Azərbaycanın bu məsələ ilə bağlı rəsmi açıqlama gözlədiyini vurğulayıb.

2017-ci ildə Ermənistan Müdafiə naziri Vigen Sarkisyan Rusiyanın 2016-cı ildə verdiyi İskəndər-M raket sistemlərinin Ermənistana məxsus olduğunu bildirmişdi. Həmin ilin sentyabr ayında ölkənin Müstəqillik Günü paradında  İskındər-M nümayiş olunmüşdü. Ermənistan bu silahları Kolletktiv Təhlükəsizlik Müqabiləsi Təşkilatı  (ODKB)  çərçivəsində silah tədarükünə dair müqavilələr əsasında əldə edib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir