ABŞ-ın “Kremlin hesabatı”” siyahısında azərbaycanlı oliqarxların da adları var”


ABŞ-ın "Kremlin  hesabatı" siyahısında azərbaycanlı oliqarxların da adları var
Amerikanın maliyyə nazirliyi “Kremlin hesabatı””nı konqressə təqdim edib. Sənəddə Rusiya prezidenti Vladimir Putinə yaxın olab 210 nəfərin adı var. Onlardan 114 nəfəri RF məmurları və dövlət müəssisələrinin rəhbərləri, 96 nəfəri isə oliqarxlardır.

Tam siyahı Financial Times-da dərc olunub.

Siyahıda prezident adiminstrasiyasının başçısı Anton Vayno, onun birinci müavinləri, prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov, eyni zamanda Vladislav Surkov da olmaqla prezidentin köməkçiləri, baş nazir Dmitri Medvedev, onun müavinləri, xarici işlər naziri Sergey Lavrov, müdafiə naziri Sergey Şoyqu və digər nazirlərin adı var.

Əslən Azərbaycandan olan Vahid Ələkbərov, Araz Ağalarov, Fərhad Əhmədov, Zarax İliyev və Qod Nisanovun da adı Rusiyanın oliqarxları siyahısına düşərək Putinə yaxın olanlar sırasında göstərilib.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir