Avropa çempionu Anadolu Efes-le Moskvanın CSKA klubu oyuna baş məşqçisiz çıxacaqlar


Kişilər arasında basketbl üzrə hazırkı Avropa çempionu Anadolu Efes bu gün Moskvanın Mərkəzi Ordu İdman Klubu (CSKA) ilə qarşılaşacaq. Moskvada baş tutacaq qarşılaşmada hər iki komandanın baş məşqçiləri xəstə olduqları üçün yetirmələrinin yanında ola bilməyəcəklər.

Hər iki məşqçini  birinci yardımçı assistentləri CSKA-nın baş məşqçsi Dmitris İtudisi Andreas Pistiolis,  Anadolu Efesin  baş məşqçisi Ergin Atamanı  isə Yaqub Sekizkek əvəz edəcək.

Qarşılaşma bu gün Moskvada yerli vaxt ilə saat 20:00-da başlayacaq.

Onu da qeyd edək ki, Avropanın bu iki güclü komandası  19 dəfə qarşılaşıb. Onlardan 14-ü CSKA-nın  qalibiyyəti ilə bitib. Anadolu Efes Moskva klubunu 5 dəfə məğlub edib. Hazırkı çempion bu məğlubiyyəti SSKA-ya ötən il Avroliqanın 4/1 finalında yaşadıb.

Hazırda Avropa Liqası turnir cədbəlində CSKA 5-ci, Türkiyənin qüruru Anadolu Efes isə 9-cü yerdədir.

Rusiyalı azarkeşlərin fikrincə baş məşqçilərin oyunda iştirak edə  bilmədikləri üçün qarşılaşma  bir o qədər də maraqlı  keçməyəcək. Bir çoxları isə Ergin Atamanın yetirmələrinin sezona  yaxşı başlamadıqlarından dolayı, Moskva klubunun onları  məğlub edəcəklərini düşünürlər.

Məhəmməd
Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir