Biryulovoda öldürülən moskvalının qatili azərbaycanlıdır


Biryulovoda öldürülən moskvalının qatili azərbaycanlıdır
Bu haqda DİN-nin mətbuat xidməti açıqlama yayıb.

Yeqor Şerbakovun qətlində şübhəli bilinən azərbaycanlının kimliyi məlum oldu. Bu haqda RİA Novosti-yə paytaxtın DİN-nin mətbuat xidmətindən məlumat veriblər.

“Bu, 1982-ci il təvəllüdlü Azərbaycan sakini Zeynalov Orxan Zahid oğludur” –deyə müsahib agentliklə söhbətində bildirib.

Xatırladaq ki, Yeqor Şerbakov Moskvanın Biryulovo rayonunda 10 oktyabrda gecə saatlarında sevdiyi qızı gözü qarşısında ürəyindən bıçaqlanaraq öldürülüb. Qətl hadisəsindən sonra rayonun sakinləri küçəyə tökülərək qatilin tapılmasını tələb ediblər. 13 oktyabrda isə daha geniş aksiya keçirilib. İğtişaşa dönən etiraz aksiyasında “Biryoza” ticarət mərkəzinə və “Pokrov”” tərəvəz bazasına hücumlar olub.
Hadisədə 400-yə yaxın iğtişaşçı saxlanılıb.

Bu hadisədən sonra o ərazidə yaşayan və işləyən miqrantların yoxlanması başlanılıb və 1200-yə yaxın miqrant saxlanılaraq şöbəyə aparılıblar.

Bu gün o da məlum olub ki, DİN-nin Moskva bölməsinin başçısı DİN-nə Cənub dairəsinin rəisinin tutduğu vəzifədən azad olunması ilə bağlı məktub göndərib.

Tünzalə
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir