Çeçen biznesmen Umar Cəbrayılov Moskvada saxlanıldı



Çeçen biznesmen Umar Cəbrayılov Moskvada saxlanıldı
Çeçenistan Respublikasının keçmiş senatoru, tanınmış iş adamı Umar Cəbrayılov xuliqanlıq cinayəti işində şübhəli qismində saxlanılıb. Buna səbəb Moskvanın mərkəzindəki oetldə naməlum səbəbdən atışma törətməsi olub.

Dünən gecə təxminən saat 22:30 radələrində Oxotnıy ryadda yerləşən “For Sizens”” otelində həyəcan siqnali işə düşüb. Hadisə yerinə gələn polislərə otel mühafizəçiləri videokameradan əlində silan olan bir vətəndaşın liftdə dayandığını göstəriblər və bundan sonra onlar 6-cı mərtəbədəki 633 nömrəli otağa qədər onu təqib ediblər. Həmin otaqda yaşayanın Umar Cəbrayılov olduğu müəyyən edilib. Mühafizəçilər polislərə otağı göstərəndən sonra özləri liftin yanında dayanıblar. 3 nəfərdən ibarət polis qrupu qapını döyüblər. Otaqdan “”Kimdir””-cavabi gəlib. Onlar “”Polislərdir, qapını açın””-deyiblər. Qapını əlində silah olan bir kişi açıb.

Polsilərin cənab Cəbrayılovdan silahı yerə qoymağı tələb ediblər. O da cavabında deyib:””Döyüşsüz təslim olmayacam!””
Lakin polsilərin təkrar tələbindən sonra o silahı yerə qoyub. Cəbrayılov yerə uzaıb, onun əli qandallanıb. Yarıgin tapançasınin ona mükafat olaraq verildiyi və gəzdirməyə icazə sənədi olduğu öyrənilib.

“”Saxlanilan şəxs “”Kitay qorod””dakı daxili işlər bölməsinə aparılıb. Onun haqqında cinayət işi qaldırılıb. Bundan əlavə cənab Cəbrayılov tibb ekspertizaya göndərilib və qanında narkotik preparatın olduğu aşkar edilib. Cəbrayılovdan və ya onun nümayəndəsindən hər hansı bir açıqama amaq hələlik mümkün olmayıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir