DAK Almaniyada aksiya keçirdi (Eksklüziv)


DAK Almaniyada aksiya keçirdi (Eksklüziv)

Almaniyadan xüsusi olaraq “Yeni Səs”” üçün

Almaniyanin Haydelberq şəhərində Urmiya gölünün İran dövləti tərəfindən qurudulmasi əleyhinə açiq səma altinda etiraz aksiyasi keçirilib. Dünya Azərbaycanlilari Konqresinin sədri Mirəşrəf Fətiyev, təşkilatin İdarə Heyətinin üzvü Fəraməz Quluzadə və Haydelberq şəhərində yaşayan fəal azərbaycanlilar təşkil etdiklərii tədbirə Avropanin bir neçə ölkəsindən soydaşlarimiz qatilib.

DAK Almaniyada aksiya keçirdi (Eksklüziv)
Tədbirin ilk günü aksiya iştirakçilari Haydelberq şəhərinin “Leym” gölü ətrafinda çadirlar quraraq Urmiya gölünün qurudulamasina qarşi ictimiayyətin fikrini cəlb etməyə cəhd göstəriblər. Aksiya Almaniyada yaşayan azərbaycanlilarin, xüsusuilə azyaşli soydaşlarimizin Leym gölünə su tökməyilə başlayib.

Soydaşlarimiz Azərbaycan bayrağinin rənglərini əks etdirən səhənglərdən gölə su tökməklə Urmiya gölünün İran höküməti tərəfindən məqsədyönlü şəkildə qurudulmasindan narahat olduqlarina işarə ediblər.
DAK Almaniyada aksiya keçirdi (Eksklüziv)

Aksiya çərçivəsində Urmiya gölünün qurudulmasini sübut edən şəkillərdən ibarət stend nümayiş etdirilib. Stenddə Urmiya gölünün ekoloji bərbad vəziyyətini sübut edən fotofaktıardan savayi, İranda insan hüquqlari pozuntularini əks etdirən çoxlu sayda foto və ədəbiyyat təqdim edilib. Dünya azərbaycanlilari konqresinin idarə heyətinin üzvü Fəraməz Quluzadə deyir ki, Almaniyada ən kiçik göllər belə qorunduğu halda İranda zəngin fauna və florasi olan Urmiya bilərəkdən qurudulur. Məqsədsə azərbaycanlilarin six yaşadiği Urmiya ətrafindan onlari pərən-pərən salmaqdir.

DAK Almaniyada aksiya keçirdi (Eksklüziv)

Aksiyanin ilk günü mədəniyət proqrami da təşkil edilib. Avropa və Rusiyada yaxşi taninan qiraətçi Şirzad Pirallahinin Azərbaycan bayrağina ithaf edilən şerindən sonra Soydaşlarimiz tədbirin bu hissəsinə Azərbaycan dövlət himnini dinləyərək başlayiblar. Daha sonra Almaniyada fəaliyyət göstərən Azərbaycan triosunun musiqiləri dinlənilib. Gecənin xüsusi qonaği isə xalq artisti, tarzən Ramiz Quliyev olub.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir