Federasiya Şurası Putinə hərbi qüvvələri Suriyaya göndərməyə icazə verdi


Federasiya Şurası Putinə  hərbi qüvvələri Suriyaya göndərməyə icazə verdi

Rusiya hərbi hava qüvvələri ilə Suriyaya yardıma gedir. Federasiya Şurası bu təklifə “hə”” dedi.

RF Federasiya Şurası prezident Putinin hərbi qüvvələrdən ölkə xaricində istifadə etməyə icazə verilməsi təklifini yekdilliklə qəbul edib. 162 federasiya üzvü bu təklifin lehinə səs verib.

Prezident administrasiyasının rəhbəri Sergey İvanovı jurnalistlərə açıqlamasında BMT Baş Assambleyasının 70-ci sessiyasında RF prezidenti Putinin yüksək tribunadan da səsləndirdiyi kimi Suriyada terrorizmə qarşı mübarizə çərçivəsində ordundan quru əməliyyatlarda istifadə edilməyəcəyini söyləyib.

“”Rusiya sadəcə hərbi-hava qüvələri vasitələri ilə bu əməliyyatda iştirak edəcək””-deyə Sergey İvanov bildirib.

Onu da qeyd edək ki, bu ərəfədə Suriya prezident Bəşər Əsəd Rusiyadan hərbi yardım istəyib. Və bu müraciətdən sonra Putin analoji xahişlə Federasiya Şurasına RF hərbi qüvvələrindən antiterrror əməliyyat üçün ölkə xaricində istifadə etməyə icazə istəyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir