Fransada Islamofobiya əleyhinə proqram hazılanıb


Fransada  Islamofobiya  əleyhinə proqram hazılanıb
Smartfon və planşetlərə yüklənən proqram sorğuya uygun olaraq hər hansı ərazidə müsəlmanlara qarşı baş verən təcavuz, insidentlər haqqında anındaca məlumat almağa imkan verir.

“Fransada İslamofobiya əleyhinə Kollektiv” təşkilatı smartfon və planşetlərdə bütün hücumlar, təhqirlər və ayrı-seçkilik təzahürü olan informasiyalar haqqında anında məlumat almaq imkanı yaradan xüsusi proqramı istifadəyə buraxıblar.

Yeni proqram axtardığın ərazidə rasist və millətçi insidentlər haqqında informasiyaları tapmağa, “dini baxışlara görə nifrət” qurbanı olanlara hüquqi məsləhət almaga, müsəlmanları hüquqları barədə məlumatlandırmağa yönəlib.

Proqramı hazırlayan təşkilatın mətbuat-xidmətinin katibi Babakar Sen: “Əsas məqsəd- istər zərərçəkən, istərsə şahid qismində olsun, baş verən insidentlər haqqında insanlara anında foto və videohesabat yollamağa şərait yaratmaqdır”-deyir.

“Gəlin, biz hamımız islamofobiya əleyhinə şahid olaq” –proqramın müəllifləri bu çağırışla çıxış edirlər.

Son ildə Fransada antimüsəlman əhval-ruhiyyəsinin kəskin şəkildə artması müşahidə olunur. Analitiklər bunun səbəbini iqtisadi böhran, işsizlik və hətta Xalq cəbhəsi və digər partiyaların siyasətçilərinin populist çıxışları ilə bağlayırlar.

Proqram yeni çıxan gün Fransanın şərqindəki Bezansonda iki məsciddə “Fransa fransızlarındır”, “Ərəblər-rədd olsun”, “Yaşasın Xalq cəbhəsi” kimi şüarlar cızılmışdı.

Bir çox səcdəgahlar vandalizmə məruz qalır, müsəlmanlara qarşı ayrı-seçkilik hallarını qızışdırır. Eyni zamanda islamofobiya Fransada adi-hala çevrilib, anti-müsəlman hərəkətləri cəmiyyətdə tamamilə qəbuledilən kimi qarşılanır,-deyə “Kollektiv”in prezidenti Sami Debax xəbərdarlıq edir.

“ Fransanın 2013-cü ildəki baxışları insan hüquqlarının olmadığı orta əsrləri xatırladır və bu narahatlıq doğurur”-deyə o bəyan edib.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir