G7 ölkələri Rusiyanı Ukraya sərhədləri yaxınlığında “təxribatı” dayandırmağa çağırıb


G7 ölkələrinin xarici işlər nazirləri,  həmçinin Avropa diplomatiyasının rəhbəri Jozef Borrel bazar ertəsi  Rusiyanı Ukrayna sərhədləri yazınlığında “təxribatlara” son verməyə  çağırıb.

“Əvvələdən xəbərdarlıq edilmədən  hərbi qüvvələrin genişmiqyaslı irəliləməsi təhlükə daşıyır və şəraiti daha da  gərginləşdirir”-deyə  Böyük Britaniyanın sədrlik etdiyi G7-lərin  dərc edilmiş bəyanatında deyilir.   

Sənəddə  G7 və AB-nin Ukrayna ilə sərhədlər yaxınlığında və Krımda “Rusiya qüvvələrinin çoxalmasından çox narahat olduqları” qeyd olunur.

G7 ölkələri Ukraynanın “təmkinli yanaşmasına” dəstək olduqlarını bildiriblər.

Ukraynanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü, habelə Fransa və Almaniyanın Minsk razılaşmalarının həyata keçirilməsinə nail olmaq üçün “Normandiya formatında” çalışmaq səylərini dəstəklədiklərini də  təkrar ediblər.

2021-ci ilin əvvəlindən Donbasdakı silahlı qarşıdurma bölgəsində əvvəllər imzalanmış müddətsiz atəşkəsə baxmayaraq yenidən eskalasiya başlayıb. Münaqişənin hər iki tərəfində ölən və yaralananların sayı artıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir