Güclü leysan yağdı, Moskvaı su basdı


Güclü  leysan  yağdı, Moskvaı  su basdı
Moskvada istilər 36 dərəcəyə çatandan sonra indi şəhərdə güclü yağış başlayıb. Təkcə küçələri sel basmaqla bitməyib, su yeraltı keçid və metrolara dolub. Xəbər verilir ki, su metronun “Yasenevo” stansiyasının foyesinə kimi gedib çıxıb.

Bundan başqa güclü külək Paveletsk vağzalı yaxınlığında Sadovı dairəsində reklam lövhələrini uçurdub. Qasırğa bir neçə hasarı yıxıb və bəzi evlərin suvağını yuyub aparıb.

Digər bir xəbərdə isə güclü külək nəticəsində yıxılan ağac metronun Filevsk stansiyası istiqamətində olan yerüstü xəttin üsütünə düşüb. Hadisə Filevski və Baqrationovsk stansiyaları arasında baş verdiyindən metro qatarlarının hərəkətində fasilə yaranıb.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir