İran nüvə anlaşmasından çıxacağı ilə hədələdi


İran nüvə anlaşmasından çıxacağı ilə hədələdi
“Amerika sanksiyanı bərpa edərsə, biz də nüvə anlaşmasından çıxacıq””. Bu sözləri İran dölvət televiziyasında çıxışı zamanı xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.

İran xarici işlər nazriri Məhəmməd Cavad Zərif bəyan edib ki, ABŞ Tehrana qarşı sanksiyanı qaldırmaqdan vaz keçdiyi təqdirdə ölkəsi nüvə anlaşmasından imtina edəcək.

“”Əgər İran hiss edərsə ki, anlaşma tərəfdarları İslam Respublikasına qarşı sanksiyanı qaldrmağın yetərli olmdığı istiqamətində addım atmaq niyyətindədirlər, o zaman İranın seçim üçün bir neçə variantı olacaq və onlardan ən əsası da nüvə anlaşmasından geri çəkilməkdir”” -deyə nazir dövlət televiziyasında çıxışı zamanı bildirib.

Nazir onu da əlavə edib ki, “”Əgər sanksiya bizim üçün əhəmiyyətli olan neftin satışı, dəniz yolu ilə daşınması, onun sığortası, təyyarələ satışları kimi sahələrdə sanksiyalar bərpa olunarsa, bizim də anlaşmada iştirakımızla bağlı uyğun qərar vermək haqqımız var””.

Ötən cümə günü AB, prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı altı beynəlxalq vasitəçiərlə əldə edilmiş razılaşmadan nazrazı olduğunu və konqressə İran tərəfinin anlaşma şərtlərinə əməl etmədiyini bəyan edərək, “”terrorun sposoru””kimi Tehrana qarşı yeni sanskiayalar hazırlanmasına göstəriş verib.

Amerika prezidentinin bəyanatı ABŞ-ın müttəfiqləri -Böyük Britaniya, Almaniya, Fransa və həmçinin Avropa Birliyi rəhbərliyi başda olmaqla dünyada tənqidlə qarşılanıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir