İSTİ AVQUST AXŞAMI


İSTİ AVQUST AXŞAMI
O gözəl səmimi dost məclisində görüşdüyüm avqust axşamından bir aydan da çox keçib. Bakıda Kəlbəcərin qəlbi övlad, torpaq, vətən yaraları ilə dağlanmış istedadlı şairi Mirsəyyaf Zamanlının işığına toplamışdı bizi dostları. O görüşün təəssüratı ya gərək birnəfəsə yazıla, ya da gözəl mey kimi zamanı gələndə içilə. Amma gecənin bir qonagını şairin aşağıdakı şeiri ilə təqdim etməyin zamanıdır.
Cəfər Sadiq

DƏLİDAĞLI SAZ GÖTÜRÜB ƏLİNƏ

Dəli seldən daş bağrını daş yarır.
Bir ananın yanağını yaş yarır,
Xan çobanın kirpikləri yaşarır.
Sara düşüb Arpa çayın selinə,
Dəlidağlı saz götürüb əlinə!

İSTİ AVQUST AXŞAMI

Giziroğlu sazda meydan suluyur,
Qoç Koroğlu düşmən qanı yalayır,
Ac qurd kimi gənim üstə uluyur,
Həmzə uyur paşaların felinə,
Dəlidağlı saz qötürüb əlinə!

İSTİ AVQUST AXŞAMI

Bu aşığın barmağının dili var,
“Ruhani”də qönçə-qonçə gülü var.
Yaradanın ətəində əli var,
Saz üstündə bax Kərəmin külünə,
Dəlidağlı saz götürüb əlinə!

İSTİ AVQUST AXŞAMI

Çınqı qopdu, mizrab simə toxundu,
“Qəhrəmani” ilmə-ilmə toxundu.
“Misri” dindi, Qaçaq Nəbi oxundu,
Həcər xanım qalxdı atın belinə,
Dəlidağlı saz götürüb əlinə!

İSTİ AVQUST AXŞAMI

Qartalların yatağına sar düşür,
Murovdağın ətəyinə qar düşür.
Ürəyimdə ocaq yanır, qor bişir,
Mirsəyyafın “düyün düşür dilinə”,
Dəlidağlı saz götürüb əlinə!

İSTİ AVQUST AXŞAMI

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir