Kiyev Ukraynada münaqişənin nə zaman bitəcəyini açıqlayıb


Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Reznikov hərbi əməliyyatların 2023-cü ildə bitməsi ehtimalını dilə gətirib.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib ki, Ukraynada döyüşlər 2023-cü ildə bitə bilər. Onun sözlərini  “Ölkənin Siyasəti”  Telegram kanalı yayıb.

O, həmçinin qeyd edib ki, Kiyev Moskva ilə danışıqlar aparmayacaq.

“Ukrayna xalqı bununla razılaşmayacaq, əgər bütün son sosioloji araşdırmaları oxusanız, hamı qələbə tərəfdarıdır, heç kim danışıq istəmir”, – Reznikov deyib.

Nazir, həmçinin Çexiya prezidenti Petr Pavelin Ukraynanın əks-hücum əməliyyatına başlamaq üçün yalnız bir şansı olduğuna dair sözlərinə də münasibət bildirib.

“Düşünürəm ki, Çexiya prezidenti indi siyasətçidən çox hərbçi kimi  danışır və hərbçilərin məntiqi belədir ki, onlar daim ən pis variantları hesablayırlar”, – Reznikov vurğulayıb.

Daha əvvəl Çexiya rəhbəri demişdi ki, uğursuzluq halında növbəti hücum üçün Kiyevə  vəsait tapmaq “inanılmaz dərəcədə çətin olacaq”. Pavlonun fikrincə, Ukraynanın əks-hücum əməliyyatı bir neçə ay ərzində baş tutmalıdır – “imkanlar pəncərəsi” yalnız 2023-cü ildə açıqdır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir