Lavrovla Kerrinin görüşü zarafatla başladı


Lavrovla Kerrinin görüşü zarafatla başladı
RF XİN başçısı Sergey Lavrov və ABŞ-n dövlət katibi Con Kerri protokola uyğun salamlaşmadan sonra jurnalistlərin çıxmasını xahiş edibilər. Bütün KİV nümayəndələri qapılar bağlanana qədər yüksək çinli diplomatların bir neçə vacib bəyanatını qeydə ala biliblər.

Görüşün başlanğıcında Kerri Lavrovu keçmiş ad günü münasibətilə təbrik edib.

“Fürsətdən istifadə edib səni doğum günün münasibətilə təbrik edirəm. Ümid ediərm ki, bu tarix danışıqların aparılmasında sənə əlavə müdirklik verəcək. 39 yaş üçün əla görünürsən””,-deyə dövlət katibi zarafat edib. “”Sağ ol, Con. Əgər müdrikliyi ad günlərinin sayı ilə ölçsək, mən sənə çata bilmərəm””,-deyə Lavrov qarşılıq verib. Cavabında Kerri qeyd edib ki, əgər rusiyalı nazir “”böyüklərə hörmət etsə”” bu mümkündür. Lavrov-“”Tamamilə””,-

deyə razılaşıb.

Qeyd edək ki, martın 21-də Sergey Lavrovun 66 yaşı tamam olub. Kerri 72 yaşını 2015-ci ilin sonunda keçirib.

Görüşün əsas mövzusu vəd edir ki, beynəlxalq arenada Rusiya ilə ABŞ arasındakı münasibətlər genişlənəcək. Söhbət birinci növbədə Suriyadakı vəziyyətin tənzimlənməsindən, həmçinin Yaxın Şərq və Şimali Afrikadakı digər problemlərdən gedir.

Onu da nəzərə çatdıraq ki, jurnalistlər Kerrinin baqajına məəttəl qalıblar: Mühafizəçilərin ardınca təyyarənin pilləkənindən nümayəndə heyəti əllərində gitara ilə düşüblər. O dəqiqə belə bir versiya irəli sürülüb ki, amerikalı diplomat Sergey Lavrova və ya Vladimir Putinə musiqi aləti hədiyyə gətirib.

Lavrovla Kerrinin görüşü zarafatla başladı

Xatirladaq ki, Con Kerri musiqi alətində çala bilir. İnternetdə İspaniya XİN -nin başçısı Xose Qarsiya Marqalonun ona hədiyyə etdiyi gitara ilə belə bir şəkli var.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir