London teatrının tavanı uçdu


London teatrının  tavanı  uçdu
Londonun “Apollo” teatr binasının tavanı üçüb. Hadisə 19 dekabrda yerli vaxtla 20:15 radələrində Mark Heddonun romanı əsasında səhnələşdirilmiş “Gecə itlərinin müəmmalı qətli” tamaşısının başlamasından 40 dəqiqə sonra baş verib. Şahidlərin söylədiklərinə görə dağıntıdan əvvəl güclü çartıltı eşidilib və tamaşaçıların başına suvaq tökülməyə başlayıb. Tamaşa zamanı zalda 700 nəfər olub.

Müxtəlif məlumatlara görə 75 nəfərdən 90 nəfərə kimi adam xəsarət alıb. Hadisə yerində çalışan Yanğın təhlükəsizliyinə qarşı xidmətin rəisi Nik Hardink çox çətin şəaitdə işlədikərini bildirərək analoqu olmayan bir olaya şahidlik etdiyini deyib. Onun sözlərinə görə teatrin 100 kvadratmetrlik tavanı qoparaq tamaşaçıların üstünə düşüb. Dağıntının səbəbi hələlik məlum deyil.

Şahidlərin söylədiklərinə görə tavan uçarkən aktyorlardan biri “Qorunun”-deyə bağırıb. Lakin tamaşaçılar bunun tamaşanın bir hissəsi oldğunu düşünüblər. Sonra ətraf toz dumana bürünüb. İnsident vaxti xəsarət alanlar olsa da, ölən yoxdur.

Qeyd edək ki, 775 yerlik “Apollo” teatrı 1901-ci ildə tikilib.

Banu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir