Millil Məclisin sabiq deputatı Aydın Abbasov Orduya Yardım Fonduna vəsait köçürtdü-Eksklüziv


Aydın Abbasov Azərbaycan prezidenti İlham Əliyevin !Silahlı Qüvvələrin Yardım Fonduna dəstək” çağırışına qoşulub. Cənab prezidentin dolayısı “kimin hansı tərəfdə olduğunu göstərmək vaxtıdır” –deyə “dostun düşmənin ayırd edildiyi məqamda” o, da tərəfini bəlli edib. Aydın Abbasov xalqının, dövlətnin və onun prezidentinin yanında olduğunu Silahlı Qüvvələrin yardım Fonduna şəxsi vəsaitindən 10 min manat ayırmaqla göstərib.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev sentyabrın 27-dən başlanan hərbi əməliyyatlarla bağlı sərt və qəti duruş ortaya qoyaraq, qələbəyə qədər getmək fikrini dəfələrlə səsləndirib. Eyni zamanda Ali baş komandanımız “İndi əsl həqiqət zamandır? Bəs sən kimin tərəfindəsən? Həqiqətin, yoxsa yalanın? Dostun, yoxsa düşmənin? Mən, mənim xalqım və bizim hamımız üçün həqiqət məqamıdır”- çağırışıyla bütün dünyadakı soydaşlarımıza səslənmişdi.

Bizə daxil olan məlumata görə Silahlı Qüvvələrin Yardım Fonduna vəsait göndərənlər arasında sabiq millət vəkili Aydın Abbasov da var.

Xəbəri dəqiqləşdirmək məqsdəiylə Aydın Abbasova müraciət etdiyimizdə o, bunu belə cavablandırdı:

“Harada yaşamasından, fəaliyyətindən və maddi durumundan asılı olmayaraq, prezidentimizin “Bu gün kimin dost, kimin düşmən olduğunun, həqiqətin, yoxsa yalanın- hansının tərəfində durduğunun müəyyən edilməsi vaxtıdır” ismarıcına azərbaycanlı olan kimsə biganə qala bilməz, qalmamalıdır! Torpaqlarımızın düşmən işğalından azad edilməsi, qələbəni yaxınlaşdırmaq yolunda hər birimiz bütün vasitələrlə dövlətimizin yanında olmalıyıq. Susmaq və ya neytral mövqe tutmaq zamanı deyil!”

Aydın Abbasov əslində-“Vətənə köməyi isə müxtəlif formalarda – bizi qələbəyə aparan yolda fədakarlıqla döyüşən Silahlı Qüvvələrimizin Yardım fonduna pul vəsaiti köçürməklə də etmək olar”-deyə yardımının gizli qalmasını istədiyini də bildirdi.

“Bir yandan da düşünürəm ki, bu səpkili xəbərlər başqalarını da adekvat addım atmağa ruhlandırar. Biz milyonlarla insanıq və hesab edirəm ki, dəyərindın asılı olmayaraq (bu az da, çox da ola bilər-A.Abbasov) hər birimizin etdiyi yardım ordumuza əlavə dəstəkdir. Və biz hamımız ordumuzun Qələbə çalacağına inanırıq!”

Sonunda Aydın Abbasov onu da əlavə etdi ki, bir qardaşım iyul hadisələrindən sonra könüllü olaraq orduda xidmət etmək üçün müraciət edib. “Digər iki qardaşlarımla birgə Qarabağ uğrunda savaşlarda Milli Ordumuzun sıralarında vuruşmağa biz də hazırıq!”

Tünüzalə Vəliqızı, Moskva
02.10.2020


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir