Moskva “reklamsız” qalacaq


Moskva  “reklamsız”  qalacaq

Moskva höküməti açıq reklamların yerləşdirilməsində bəzi qaydalar üzərində işləyir. Hökümət biznes-məlumatın istəyinin bir qismi ilə razılaşsa da, bir neçə ideya qəbul edilməyib.

Belə ki, KİV və reklamlar paytaxt departamenti bayraq kompozisiyalı reklam formatini rədd edib. Bir sıra formatlar – binaların fasadına vurulcaq böyük ölçülü konstuksiyalar və videoekranlar daha Moskvada olmayacaq. Bunu adıçəkilən departamentin rəhbəri Vladimir Çerinkov deyib.

Dirəklərə bərkidilən reklam saxlayan dayaqlara ümumiyyətlə icazə verilməyəcək. Deparatamentdən veriən məlumata görə yeni qaydalar qəbul olunduqdan sonra 21,5 min qeydiyatdan keçmiş reklam konstruksiyasından 7,5 mini sökülməli olacaq.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir