Moskva ziyalılarından başsağlığı


Moskva ziyalılarından başsağlığı
Xalq artisti İlham Əsgərov dünyasını dəyişdi

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov vəfat etməsi xəbəri bizi, Moskvada yaşayan azərbaycanlıları çox kədərləndirdi.

Biz, bütün Azərbaycan xalqına sarsıldığımızı bildirir, bütöv xalqımıza mərhumun ailəsinə, bütün yaxınlarına dərin hüznlə başsağlığı veririk, rəhmət diləyirik! Görkəmli sənətkar, əsl ziyalı və qayğıkeş insan İlham Əsgərovun işıqlı xatirəsi xalqımızın qəlbində daim yaşayacaqdır. Məkanı cənnət olsun!

Allah rəhmət eləsin!

Qeyd edək ki, bir neçə il öncə İ.Əsgərovun beyninə qan sızmışdı.

İlham Təvəkkül oğlu Əsgərov 3 sentyabr 1958-ci ildə Masallıda anadan olub. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyorudur. İstedadlı aktyor İ.Əsgərov Akademik teatrın ən populyar tamaşalarında iştirak edib. İlham Əsgərov 28 oktyabr 2000-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 15 may 2006-cı ildə Xalq artisti fəxri adlarına layiq görülüb. 9 may 2012-ci ildə və 30 aprel 2014-cü ildə və 6 may 2015-ci ildə Prezident Mükafatına layiq görülüb.

Dərin hüzünlə:

Nəsib Nəbioğlu, Ramiz Abutalıbov, Cəfər Sadıq, Sərdar Abdullayev, Tünzalə Vəliqızı, Mirəşrəf Fətiyev, Sabir Həbibov, Yusif Əmiraslanov, Əbdül Hüseynov, Eldar Abbasov, İlqar Kamil, Toğrul Allahverdili, Namiq Əzimov, Qüdrət Qurbanov, Paşa Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov, Mahir Ələsgərov, Zəkiyyə Ələsgərova, Fərqiyyə Kərimova, Leylaxanım İsmayılova, Ramil İsmayılov, Elmira İsmayılova, Sevil İsmayılova, Alşan Zakirov, Vasif Məmmədov, Əliş Əvəz, Kamran Rüstəmov, Şamil Tağıyev, İqbal Rüstəmov, Camal Camalov, Azər Cahangirov, Azər Səfərov, Fuad Səfərov, Əvəz İbayev, Afaq Şıxlı, Soltan Mərzili, Yavər Həsən, Validə Məmmədova, Qorxmaz Axundov, Xalidə Səmədova, Mərdan Feyzullayev, Füzuli Fərəcov, İlqar Hacıyev, Anar Həsənov, Əşrəf Hüseynli, Yaşar Süleymanlı, Mehman Şükürov və başqaları.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir