Moskva ziyalılarından başsağlığı


Moskva ziyalılarından başsağlığı
Azərbaycan ədəbiyyatına, Azərbaycan poeziyasına ağır itki üz verib. Xalq şairi Zəlimxan Yaqub uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Biz Moskva ziyalıları Zəlimxan Yaqubun vəfatından kədərləndiyimizi bildirir Zəlimxan sevərlərə, mərhumun ailəsinə, şairin qələm dostlarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk! Zəlimxan Yaqub sağlığında ümumxalq məhəbbəti qazanan, öz möhtəşəm poeziyası ilə yanaşı, bənzərsiz nitq qabiliyyətinə, fenomenal yaddaşa malik olan ən istedadlı şaırimiz idi. Onun ölüm xəbəri Moskvada yaşayan azərbaycanlıları olduqca sarsıtdı. Zəlimxan Yaqubun vəfatı təkcə Azərbaycan ədəbiyyatı, mədəniyyətii üçün deyil, bütün xalqımız üçün ağır itkidir. O bənzərsiz zəngin yaradıcılığıyla Azərbaycan ədəbiyyatının inkişafına əvəzsiz töhfələr vermişdir. O, böyük şair olmaqla yanaşı, həm də öz xalqını sevən, mədəniyyətini, tarixini, folklorunu dərindən bilən əsl vətənpərvər, yüksək mənəvi keyfiyyətlərə malik gözəl insan idi. Azərbaycan mədəniyyətinə üz vermiş bu ağır itki ilə əlaqədar xalqımıza dərin hüznlə başsağlığı veririk.

Zəlimxan Yaqubun işıqlı xatirəsi onu tanıyanların, poeziyasının vurğunlarının qəlbində daim yaşayacaqdır!

Zəlimxan Yaqub uzun müddətdir böyrək çatışmazlığından əziyyət çəkirdi. Hər iki böyrəyi olmayan ictimai xadim son vaxtlar dializ qəbul etməklə yaşayırdı.

Zəlimxan Yaqub 1950-ci il yanvarın 21-də Borçalının Bolnisi rayonunda anadan olub. 2005-ci ildə “Azərbaycanın xalq şairi”” fəxri adına layiq görülən Zəlimxan Yaqub Məmməd Araz ədəbi mükafatı, “”Şöhrət”” ordeni və Gürcüstan Respublikasının “”Şərəf”” ordeni kimi bir sıra yüksək mükafatlara layiq görülüb.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildən Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvi idi.

1995-2005-ci illərdə Milli Məclisinin deputatı olub.

2008-ci il avqust ayının 29-da Azərbaycan Aşıqlar Birliyinin sədri, 1994-cü ildə Azərbaycan Respublikası Prezidenti yanında Əfv Komissiyasının üzvü olub.

Allah Rəhmət eləsin!

Ziyalılar adından: Nəsib Nəbioğlu, Ramiz Abutalıbov, Cəfər Sadıq, Azər Cahangirov, Sərdar Abdullayev, Mirəşrəf Fətiyev, Aydın Mehdiyev, İlqar Hacıyev, Sabir Həbibov, Yusif Əmiraslanov, Əbdül Hüseynov, Eldar Abbasov, Abuzər Bağırov, Namiq Əzimov, Qüdrət Qurbanov, Paşa Quliyev, Rafiq Qafarov, Bella Musayeva, Mehman Məmmədov, Mahir Ələsgərov, Zəkiyyə Ələsgərova, Leylaxanım İsmayılova, Elmira İsmayılova, Sevil İsmayılova, Alşan Zakirov, Rabson Məmmədov, Vasif Məmmədov, Əliş Əvəz, Kamran Rüstəmov, Camal Camalov, Tünzalə Vəliqızı, Anar Həsənov, Fuad Səfərov, Fuad Abbasov, Fərid Əkbərov,Şəhriyar İmanbəyli, Əvəz İbayev, Afaq Şıxlı, Soltan Mərzili, Yavər Həsən, Validə Məmmədova, Qorxmaz Axundov, Xalidə Səmədova, Mərdan Feyzullayev, Füzuli Fərəcov, Əşrəf Hüseynli, Yaşar Süleymanlı, Mehman Şükürov və başqaları.

/Yenises.ru/

Moskva ziyalılarından başsağlığıMoskva ziyalılarından başsağlığı


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir