Moskvada Əfqanıstanla bağlı keçirilən görüşdə Talibanın tanınması müzakirə edilib



RİA Novosti Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya şöbəsinin müdiri Zamir Kabulova istinadən xəbər verir ki, Əfqanıstanla bağlı Moskva formatlı görüş zamanı Rusiyada qadağan edilmiş Taliban terror qruplaşmasının tanınması məsələsinə toxunulub. Məsləhətləşmələrə on ölkədən nümayəndələr və Taliban nümayəndə heyəti qatılıb.

Jurnalistlərin  “Talibanın beynəlxalq səviyyədə tanınması məsələsi qaldırıldımı” -sualına  Zamir Kabulov belə cavab verib. “Əlbəttə qaldırıldı. Onsuz olmazdı ki. Sözsüz ki, onun da  vaxtı gələcək və əfqan nümayəndə heyətinə də deyildi. Bu o zaman  baş verəcək ki, “insan haqları və  inkluzivlik”  məsələlərini həyata keçirilməsində  beynəlxalq cəmiyyətin böyük hissəsinin gözləntilərini doğruldacaqlar”.


Oktyabrın 15 -də Rusiya Prezidenti Vladimir Putin Talibanın rəsmi tanınmasıı məsələsində tələsməməyə çağırmışdı. Onun sözlərinə görə, Taliban tərəfindən qurulan Əfqanıstanın keçid hökuməti bütün Əfqanıstan cəmiyyətini əks etdirmir.


Taliban ABŞ qüvvələrinin ölkədən çıxarılmasının ardından avqust ayında Əfqanıstanın böyük hissəsini nəzarətə götürüb. Hərəkat 2003 -cü ildən bəri Rusiyada terrorçu kimi tanınır, lakin qrupun siyasi qanadının nümayəndələri artıq 2021 -ci ilin iyul və yanvar ayları, 2019 -cu ilin may və 2018 -ci ilin noyabr ayları da daxil olmaqla bir neçə dəfə Moskvaya səfər etmişlər. Taliban hökümətinin tərkibi sentyabrın 7-də elan edilsə də dünyanın heç bir dövləti tərəfindən rəsmi olaraq tanınmır. Taliban BMT səviyyəsində də terrorçu kimi tanınır, hərəkatın nümayəndələri ABŞ, Çin və Avropa Birliyi ölkələri də daxil olmaqla müxtəlif ölkələrlə danışıqlar aparır.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir