Moskvada H.Aslanov futbol turnirinin növbəti oyunları olub


      Moskvada  H.Aslanov futbol turnirinin növbəti oyunları olub
Moskva şəhəri Sokolniki parkının “Sport Tovn” stadionunda həmyerlilərimizin təşkil etdiyi Sovet İttifaq Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun xatirəsinə həsr olunan futbol turnirinin qrup mərhələsinin oyunlarına yekun vurulub.

A qrupunda mubarizə aparan “Boradigah” “Derektiva”ı 5:4 hesabıyla məglub edərək yarımfinala vəsiqə qazanıb. Qrupun digər oyunu “”Inter-AZ” və “Umid” komandaları arasına baş tutub. “Umid” rəqibinə 13:5 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanan ikinci komanda oldu.

B qrupunda “Bərəkət” və “İslam” komandaları arasında keçən oyunda “Bərəkət” 13:6 hesabıyla qalib gələrək yarımfinala vəsiqə qazanıb. Qrupun digər oyunu məglubiyyət bilməyən “SamElla” və “Qartal” arasında oldu. Bu görüşdə də “SamElla” rəqibinə 4:1 hesabıyla qalib gələrək qrupda birinci yeri tutdu və yarımfinala da mübarizəni davam etdirəcək. Gərgin keçən oyunda “SamElla”ın qapısını baş məşqçı Rəsul Rzayev qoruyurdu.

Yarımfinalda “SamElla”- “Umid” və “Boradigah”-“Bərəkət” cütlükləri mübarizə aparıb finalçıları muəyyən edəcəklər.

Turnirin yarımfinal oyunları 16 sentyabr, saat 16-00- da Sokolniki parkında yerləşən “Sport Tovn” arenasında keçiriləcək. Moskvada yaşayan ziyalılarımızı və futbol həvəskarlarını qəhrəmanımızın şərəfinə həsr olunmuş futbol turnirinə dəvət edirik.

Ramin Kazımov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir