Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi


Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi
Moskvada “Şəhriyar” ədəbi mədəni cəmiyyətinin təşkilatçılığı ilə Beynəlxalq yazıçılar və publisistlər assosiasiyasının üzvü şair Əşrəf Hüseynlinin “Qərənfillər” və Dədə Şəmşir ocağının nümayəndələrindən olan Abbas Ağdananlının “Dağların həsrəti” şeir kitablarının təqdimatı oldu.

Moskvadakı Azərbaycan ziaylıları, ictimai xadimlərinin iştirak etdiyi tədbirdə “Şəhriyar” ƏMC-nin sədri Vasif Məmmədov çıxış edərək başçılıq etdiyi cəmiyyətin Azərbaycandan uzaqda yazıb-yaradan neçə-neçə istedadların üzə çıxarılmasında rolu olduğunu və ədəbiyyatsevərlərin doğma ocağına çevrildiyini dedi. O, “kitablarının təqdimatını keçirilən bu iki şairin- Əşrəf Hüseynli və Abbas Ağdabanlının “Şəhriyar” cəmiyyətinin aparıcı nümayəndələri kimi özünü ədəbiyyatda, poeziyada sınamaq istəyən gənclərimizin yetişməsində çəkdikləri əməyindən söz açıb, bu gün burada onu qeyd etməyin vacibliyini qeyd etdi.

Sonra Vasif Məmmədov tarixçi alim Əşrəf Hüseynlinin həyat və yaradıcılığına qisaca ekskurs edərək, “Qərənfillər” kitabında toplanmış şeir və poemaların hansı duyğular və hisslərin təsiri ilə yazıldığından danışdı, Vətənə, torpaga, insana, yurdumuzun tarixinə baxış olan poeziya nümunələrində bir insan qəlbinin təlaşı, üsyanı, qayğısı, sevinci, mübarizəyə çağırışı əks oldunduğunu dilə gətirdi.

V. Məmmədov eləcə də Abbas Ağdabanlının saz-söz diyarı Kəlbəcərdə aşıqlar əhatəsində böyüyüb bu mühitin ona təsirinin şeirlərinə yansıdığından danışdı. O, yenicə işıq üzü görmüş bu iki kitabın müəlliflərinə yaradıcılıq uğurları dilədi.

“Qərənfillər” kitabını təhlil edən, filologiya elmləri namizədi, jurnalist Anar Həsənov Əşrəf Hüseynlinin tarixçi alim, çox dəyərli bir ziyalı kimi tanıdığını bildirdi. Onu şair kimi “Qərənfillər” kitabını oxuyaraq kəşf etidyini söyləyən Anar, Əşrəf Hüseynli poeziyasını digərlərindən fərqləndirən cəhət onun döğruluğa, düzlüyə söykənməsi, məddahlıqdan, yaltaqlıqdan uzaq, dövrünün problemlərinə canyanğısı ilə oxucuya çatdırmasıdır-dedi.

A.Həsənov “kitabdakı təkcə “Qərənfillər” şeirinə görə onu evimizdəki rəfin ən yüksək yerinə qoymağa dəyər”-deyərək, Əşrəf Hüseynli şeirlərində, nadanlığa, haqsızlığa qarşı barışmazlığa çağırışla yanaşı , çarəsiz, pessimist səslənən, loru dillə desək məzlumluq hissindən doğulub-yazılan şeirlərə də rast gəldiyini ifadə etdi. “Əşrəf Hüseynli elə bir şəxsiyyətdir ki, o, ancaq mübarizəyə, əyilməzliyə səsləyə bilər, biz gənclər ondan bunu gözləyirik”-fikri ilə çıxışına yekun vurdu.

Moskva Beynəlxalq Əlaqələr İnstitutunun müəllimi, filologiya elmləri doktoru Abuzər Bağırov isə Abbas Ağdabanlınin “Dağların həsrəti” kitabındakı şeirləri təhlil edərək, bəzi şairlərin şeirdə ölçünü düzəltmək üçün çox zaman qoşmalara, ədatlara yersiz yer veridiklərinə toxunaraq, Abbasın misralarında buna rast gəlmədiyini söylədi. Əlsində bunun səbəbini saz ifaçısı olmasıyla bağladı. “Abbasın şeirlərində aşıq musiqisindəki kimi pozulmayan axıcılıq, ahəng var”-deyən A.Bağırov Moskva mühitində yazan-yaradan şairlərə uğurlar diləyib, kitabda bəzi redaktəyə ehtiyac duyulan qüsurların olduğundan da söz saldı. Natiq “Hər çap olunan kitab bir ədəbi istinad, bir tarixi salnamə dəyərindədir, buna görə redaktəyə diqqət etmək vacib şərtlərdən biridir”-deyə qeyd etdi.

Azərbaycan Respublikasınının Rusiya Federasiyasındakı Fövqəladə və Sılahiyyətli Səfirinin birinci müavini Qüdsi Osmanov kitab təqdimatını yüksək şəkildə təşkil edən “Şəhriyar” ədəbi mədəni cəmiyyətinə, kitabları nəşr olunan müəlliflərə ən xoş arzularını çatdırdı. O, Rusiyada fəaliyyət göstərən diaspora təşkilatlarının bir araya toplaşdığına diqqət çəkərək, “hamımızı birləşdirən yeganə istək- dövlətimiz ətrafında sıx birləşərək birliyimizə xidmət etməkdir”-dedi. Diplomat onu da əlavə etdi ki, şairlər, yazıçılar xalqını birliyə, əmin-amanlığa çağıran, bu missiyanı üzərinə götürən seçilmiş şəxsiyyətlərdir. “Onların yeni nəslin dünyagörüşünün formalaşmasında hər zaman müstəsna rolu olub və olacaq. Buna görə kitab yazıb nəşr etdirmək özü bir tarixi hadisədir”.

Kitabları təqdim olunan Əşrəf Hüseynli, Abbas Ağdabanlı da öz növbələrində onlar üçün bu gecəni təşkil edən doğma ocaqları “Şəhriyar” ƏMC-nə, mərasimdə iştirak edən alim, yazıçı, şair, ictimai xadimlərə, onların kitabları haqqında rəy söyləyən, təklif və iradlarını bildirən hər kəsə minnətdarlıqlarını bildirdilər. Əşrəf Hüseynli,- “hər şey muzakirə və mübahisələrdə təkmilləşir, mükəmməlləşir və gözəlləşir”- deyə söylənən fikirlərə hörmətlə yanaşdığını dilə gətirdi.

Digər şıxış edənlər-şair Nəsib Nəbioğlu, Sultan Mərzili, Afaq Şıxlı, Maya Bədəlbəyli də hər iki şairin kitabını təbrik edərək, orada yer alan şeirlərdən oxudular.

Moskvadakı Azərbaycan etnik-təmayüllü 157 saylı orta məktəbin metodisti Sevil İsmayılovanın rəhbərliyi ilə hazırlaşmış şagirdlər- Səbinə, Aygün və Səkinənin ifasında səslənən şeirlər mərasim iştirakçılarının xüsusi alqışlarıyla qarşılandı.

Tədbirin Bakıdan gələn musiqili, sazlı-sözlü qonağı aşıq Ədalət Dəlidağlının ifası isə təqdimat mərasiminin əsl poeziya bayramına dönən əhval-ruhiyyəsinə daha coşqulu ahəng gətirdi.

Moskvanın azərbaycanlılara məxsus “Kür” restoranında keçirilən, poeziya bayramı ovqatlı mərasimdə Rusiyada fəaliyyət göstərən diaspor təşkilatları və ictimai birliklərin nümayəndələri, ziyalılar iştirak edirdilər.

Gecə şairlərin öz kitablarını imzalaması ilə bitdi.

Tünzalə Vəliqızı
Yenises.ru


FOTOLAR Abbas Alıyevindir

Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi
Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi
Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi
Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi
Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi
Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi
Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi
Moskvada “”Qərənfillər” və “Dağların həsrəti” kitablarının təqdimatı keçirildi


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir