Moskvada tərəvəz bazası yaxınlığında azərbaycanlı öldürüldü


Moskvada tərəvəz bazası yaxınlığında   azərbaycanlı   öldürüldü
Azərbaycan vətəndaşı naməlum şəxslər tərəfindən bışaqlanaraq öldürülüb. Hadisə tərəvəz bazası yaxınlığında törədilib. .

Öldürülən azərbaycanlının meyidi ikinci gün axşam saatlarında 2-ci Kotlaykovsk döngəsi, ev 1 ünvanı yaxınlığında aşkar edilib. Zərərçəkən aldığı bıçaq yarasından ölüb.

Cinayətin qurbanı olan 30yaşlı azərbaycanlının “Moskvoreçye” tərəvəz bazası ərazisində məişət zəminində baş vermiş mübahisədə bıçaqlandığı ehtimal edilir. Hadisə yerində operativ istintaq qrupu çalışır. Cinayətin motivi araşdırılır. Hadisənin təfərrütı haqqında məlumat verəcəyik.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir