Moskvada yaradıcı qadınlarla görüş keçirildi (FOTO)


Moskvada yaradıcı qadınlarla görüş keçirildi (FOTO)
Moskvada 157 saylı Azərbaycan etnoprofilli məktəbdə paytaxtda yazıb-yaradan qadınlarla görüş keçirildi. Rusiyadakı Azərbaycan Qadınlar Liqası və 157 saylı məktəbinin nəzdində yerləşən Azərbaycan mədəniyəti və təhsil mərkəzinin birgə təşəbbüsü ilə keçirilən görüş şairə qadınlarımızın yaradıcılığına həsr olunmuşdu.

“Hər bir qadının sirli dünyasının açarıdır –şeir, hekayə yazmaq-yaradıcılıq. Bir qadın qəlbinə yaxın olub, onun içərisində hər kəsdən gizlətdiyi sevinc, təaltüm, fırtınalardan xəbərdar olmaq istəsəniz, onların yazdıqlarını oxuyun”. Görüşə ev sahibliyi edən Sevil İsmayılova girişə bu sözlərlə başladı. Məktəbin iclaz zalına toplaşan görüş iştirakçılarını salamlayan Sevil xanım, dəvətlərinə biganə qalmayıb gəldikləri üçün hər kəsə minnətdarlıq edərək, bu təşəbbüsün müəllifi və yardımçısı olan Azərbaycan Qadınlar Liqasının rəhbəri Mehparə Hümbətovanı səhnəyə dəvət etdi. Mehparə xanım “Moskvada yazıb yaradan, Azərbaycanı təmsil edən qadınlarımızla vaxtaşırı görüş keçirib onların şeirlərini öz dilindən dinləmək imkanımız varsa, bunu nədən etməyək”- deyə, belə görüşlərin qəlblərdə buraxacağı təsir və xoş ovqatdan danışdı.

Azərbaycan mədəniyyəti və təhsil mərkəzinin rəhbəri, əməkdar artist Qorxmaz Axundov ən incə, kövrək pərdələrdə səslənib ruhu riqqətə gətirən musiqi ilə şeirin vəhdət təşkil etdiyni söyləyib, “şairə qadınlar özü bir musiqi, musiqiçidir”- dedi. “Sizə-sizdən ərməğan-musiqi olsun”. Tarını sinəsinə basıb Azərbaycan muğamı ilə mərkəzə gələn qadınlara “xoşgəldin” etdi.

Yaradıcılıq gecəsində şairə Afaq Şıxlı, Könül Ordubadlı, Nilufər A. Şıxlının yaradıcılığından danışılıb şeirləri səsləndirildi. Milli geyimli məktəb şagirdləri Yekaterina Petuxova, Mariya Bitmer, Zəhra Abdullayeva, Ulduz Həsənova görüşdə iştirak edən şairlərin şeirlərini oxudular.

“Şəhriyar”” fondunun rəhbəri Xalidə Səmədovanın ecazakar səsi ilə ifa etdiyi şeirlər isə görüşün hərarətli məqamlarındandı. Hətta bu görüşdə məktəbin müəllimi Aybəniz Tağıyeva Mehparə Hümbətovanın “Ata” şeirindən təsirləndiyini söyləyib onun şeirini səsləndirdi. Görüşün musiqi tərtibatı isə Şölə Mahmudovanın üzərinə düşmüşdü. Görüşün rəsmi hissəninə özbək məktəbli qız “Azərbaycan” mahnısını şirin azərbaycan ləhcəsiylə oxuyaraq yekun vurdu.

Görüşdə şairə Afaq Şıxlının Bakıdan Moskvaya qonaq gəlmiş anası Mirvari xanım da iştirak edirdi. Ağbirçək nəsihəti ilə görüşdə iştirak edən qadınara xeyir-dua verən Mirvari xanım, qürbətdə yaşayan övladlardan, qızlardan əndişə edərək qəribsədiklərini düşünürdüm. Amma sizin bir yerə toplaşıb Azərbaycan ədəbiyyatını, mədəniyyətini, musiqisini, adət-ənənlərini qoruyub saxlamaq yolunda etdiklərinizi görüncə bu qayğım azaldı””-dedi.

Sonda Mehparə Hümbətova AzerRoss-un prezidenti Asif Məhərrəmovun salamlarını çatdıraraq, onun məktəbə kitab hədiyyə etdiyini bildirdi.

Rəsmi hissədən sonra qadınlar çay süfrəsi arxasında Azərbaycan qadını, ədəbiyyat, mədəniyyat mövzusunda söhbətlərini davam etdirdilər. Moskvada hələ kəşf olunmamış ziyalı qadınlarımızı axtarıb üzə çıxartmaq üçün belə görüşlərin vacibliyi vurğulandı. Üzürlü səbəbdən görüşdə iştirak edə bilməsə də, qadınlara sevgisini çatdıran məktəbin direktoru Elmira İsmayılovaya görüş iştirakçıları öz növbəsində belə bir imkanı yaratdığı üçün təşəkkür etməyi unutmadılar.

Tünzalə Vəliqızı
Yenises.ru

Moskvada yaradıcı qadınlarla görüş keçirildi (FOTO)
Moskvada yaradıcı qadınlarla görüş keçirildi (FOTO)
Moskvada yaradıcı qadınlarla görüş keçirildi (FOTO)
Moskvada yaradıcı qadınlarla görüş keçirildi (FOTO)
Moskvada yaradıcı qadınlarla görüş keçirildi (FOTO)
Moskvada yaradıcı qadınlarla görüş keçirildi (FOTO)
FOTOLAR Yenises.ru-nundur


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir