Nakam şairimiz Mikayıl Müşfiqin güllələndiyi gündür


Bu gün Azərbaycan ədəbiyyatının ən nakam və ən çox sevilən şairi Mikayıl Müşfiqin güllələndiyi gündür. Hüseyin Cavid demişkən: – ” Müşfiq bir oddur ki, öz-özünü yandıracaq… “Müşfiq bütün mənalarda od idi, kişilikdə, dosta əhdə vəfada,ləyaqətdə hər şeydə,hər şeydə. Onun H.Cavidə vəfası bir ləyaqət,gözəl əxlaq nümunəsidir.Aşağıdakı xatirə qanınızı donduracaq həyəcandan… Mikayıl Müşfiq həbs olunmamışdan 2-3 ay öncə Ayna Sultanova Müşfqi öz yanına çağırıb demişdi ki,artıq biz Hüseyn Cavidi itiririk,onu həbs eliyəcəklər,sən onun əleyhinə bir iki yazı yaz səni repressiyadan qurtara bilərik. O zaman otaqda Mikayıl Müşfiq bu sözləri deyir: “ Mənim sağ əlim Cavid əleyhinə bir söz yazsa, sol əlimlə onu baltalayaram”. Hətta Ayna Sultanova bu hadisədən sonra hönkür-hönkür ağlamışdı. Bu hadisə Ayna Sultanovanın öz xatirələrində var. Birdə M.Müşfiqin ” Tərtərhes nəğmələri”ndən aşağıdakı misraları paylaşıram:

Bu nə yoldur, daşnaq yolu…

Hər dərəsi qanla dolu,

Nə acıdır bunun adı.

O dənizdən bu dənizə

Deyib çıxdı sinəmizə,

Bir tapdadı, bir doğradı.

Orda dəhşət , burda vəhşət,

Əlində baş, dişində ət,

Tanırsınız o cəlladı.

Nə bağ qaldı, nə də bağban…

Qurşun, ölüm, atəş, duman

Yaxamızı parçaladı.

Bilən bilir, bu zülmətə,

Bu uğursuz fəlakətə

Kim əl çaldı, kim ağladı…

MÜHÜM QEYD. Bu əsərdə ilkin varian ” Tanırsınız o cəlladı” olub.Müşfiq burada yüzlərə türkün qanını axıdan erməni qatil Andronik Ozanyanı nəzərdə tutaraq yazıb. Amma Sovet senzurası “cəlladı” sözünü ” müsavat”la dəyişdirib ki bu da misraların ruhuna uyğun gəlmir. Çünki dərindən diqqət yetirsəniz görərsiniz ki misralarda şəxsdən,ermənilərin “dənizlərdən dənizlərə” utopiyasından bəhs olunur, ” Müsavat” partiyasından deyi.

Mərhum gözəl şairimiz Rəfiq Zəka Xəndan da bunun belə olduğunu xatirələrində vurğulayıb. Nur içində yat Mikayıl Müşfiq!

Məhəmməd İsrafiloğlu


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir