Navalnının mitinqə icazə ərizəsini Moskva meriyası qəbul edib


Navalnının mitinqə icazə ərizəsini  Moskva meriyası qəbul edib
Navalnının iyunun 12-də mitinq keçirmək üçün icazə ərizəsi Moskva meriyası tərəfindən qəbul eidlib.

“Bu bizim Vətənimizdir və Rusiya günü bizim Rusiya bayrağı ilə küçəyə çıxmağa haqqımız var””- siaysətçi oz bloqunda yazıb.

Müxalifətçi Alkesey Navalni Rusiya günü- iyunun 12-də antikorrupsiya mitinqi keçirmək üçün paytaxt meriyasına ərizə gönədirb. Anoloji ərizə ölkənin 212 şəhərində verilib.

Sİayasətçi Aleksey Navalnı mayin 29-da Moskva meriyasına 12 iyunda mitinq keçirməsinə icazə verilməsi üçün ərizəy göndərib. Sənədin surəti Korrupsiyaya Qarşı Mübarizə Fondunun saytına yerləşdirilib. Sənədə əsasən təşkilatçılar Tverskaya Zastava meydanından yürüşə başlayaraq Oxotniy Ryad küşəsindəki 2 saylı evin yayında dayanacaqlar . Məhz orada mitinq keçirməyi planlaşdırırlar.

Aksiya müddəti saat 14:00-dan 17:00 kimi keçirilməsi bildirilir. Təxminən 15 min adamın iştirak edəcəyi nəzərdə tutulur. Təşkilatçılar meriyadan 3 gün ərzində cavab alacaqlar.

Analoji ərizə paralel olaraq Rusiyanın 212 şəhərində verilib.

12 iyunda mitinq keçirmək planı haqqında Navalnı 26 mart aksiyasında 15 sutkalıq administrativ həbsdən sonra bəyan etmişdi.

Navalnının sözlərinə görə hökümət etirazçıların tələblərinin bir bölməsini belə yerinə yetirməyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir