OSKARı rejissor Alexandro Qansales İnyarittunun “Berdmen”” filmi aldı”


OSKARı rejissor Alexandro Qansales İnyarittunun  "Berdmen" filmi aldı
Los Anjelesdə “Oskar”” kino mükafatının 87-ci təqdimat mərasimi keçirilib. Ən yaxşı film mükafatına rejissor Alexandro Qansales İnyarittunun “”Berdmen”” filmi layiq görülərək Oskarın kino mükafatının sahibi olub.

Ən yaxşı film mükafatına iddiaçılar sırasinda Riçard Linkleyterin “”Yeniyetməlik””, Demen Şazellanın “”İmitasiya oyunu””, Klint İstvudun “”Snayper””, Ues Andersonun “”Qrand Budapeşt oteli””, Ceyms Marşın “”Hər şeyin nəzəriyyəsi”” və Ava Dyu Verneyin “”Selma”” adları çəkilridi.

“”Berdmen”” həm də ən orijinal ssenariyə görə heykəlciklə təltif olunub, İnyarritu isə ən yaxşı rejissor olaraq “”Oskar”” alıb. Bundan başqa filmin operatoru Emmanuel Lyubetski də mükafatlandırılıb. Ən yaxşı aktrisa mükafatına Culyanna Mur (“”Hələ ki Elis”” filmindəki roluna görə ) layiq görülüb. Ən yaxşı aktyor isə “”Hər şeyin nəzəriyyəsi”” filmində Stiven Hokinq rolunu oynayan Eddi Redmeyn seçilib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir