Putin prezident administrasiyasının maaşını 10% azaltdı


Putin prezident  administrasiyasının maaşını 10% azaltdı
Putin administrasiyasında çalışanların maaşını 10 fazi azaldıb. TASS -a bu barədə prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov məlumat verib.

Peskovun sözlərinə görə dövlət başçısı bu qərarını Təhlükəsizlik şurasının daimi üzvləri ilə keçirdiyi operativ yığıncaqda açıqlayıb.

Hələ 2014-cü ilin dekabrında Putin prezident administrasiyası məmurlarının, o cümlədən hökümət apparatı, Hesablama palatası və XİN-nin əmək haqqının indeksləşməsinin moritorinqinin geçirilməsi haqqında qanun imzalamışdı. Sənədə görə əmək haqqının illik indeksləşdirilməsi inflyasıyanın həddinə nəzərən 1 yanvar 2015-ci ildən 1 yanvar 2016-cı ilə kimi dayandırılır.

Rosstat-ın məlumatına əsasən dövlət federal orqanlarda çalışan mülki vətəndaşların 2014-cü ilin yanvar-sentyabr aylarında orta əmək haqqı 96,5 min rubl təşkil edib ki, bu da əvvəllki ildəkindən 18,3 % çoxdur. Prezident administrasiyasının orta əmək haqqı 216,4 min rubl (13,8 % artıb) , hökümət apparatınınkı isə 204,4 min rubldur (8,5 % artıb).

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir