Putin və Ərdoğan telefonda Qarabağ və COVİD peyvəndi məsələsindən danışdılar



Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonda danışıblar. Söhbət zamanı Rusiya dövlət başçısı yanvarın 11-də Azərbaycan, Ermənistan liderilər ilə Moskvada keçirilən üçtərəfli görüşün əsas yekunları haqqında Türkiyə prezidentinə məlumat verib.

Telefon danışığı zamanı tərəflər atəşkəsə və münaqişə bölgəsindəki bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya-Türk Mərkəzinin formalaşması aspektlərinə də toxunublar.

Bundan əlavə, Kremlin mətbuat xidmətinin verdiyi məlumata görə, Rusiya və Türkiyə liderləri, peyvəndlərin birgə istehsalı və istifadəsi planlarının icrası da daxil olmaqla, koronavirus pandemiyası ilə mübarizə problemini müzakirə ediblər.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir