Putinin “plagiatı”


Putinin  “plagiatı”
Vladimir Putin Sergey İvanovun nitqindən bir hissəni nöqtəsinə qədər təkrar edib.

Rusiya Pravoslav Kilsəsinin (RPS) nümayəndələri ilə görüşdə V. Putin ötən ilin payızında Kreml adiministrasiyasının başçısı Sergey İvanovun nitqinin bir hissəsini olduğu kimi təkrar edib.

Prezidentin nitqinin Sergey İvanovun nitqi ilə bütünlükdə üst-üstə düşməsinə diqqət çəkən bəzi bloqçular “Prezident adiministrasiyası təmiz adamsızlaşıb. Nitq yazmağa kimsə yoxdur”-deyə ironiya ediblər.

“Bir çox hallarda milli-mənəvi əsasların aşınması, Rusiya Pravoslav Kilsəsinin və bəzi ənənəvi inancarımızın təcavüzə məruz qalması – ölkənin birliyinin pozulmasına, inqilabların, sarsıntıların başlamasına səbəb oldu”.

Məhz bu ifadə 1 oktyabr 2012-ci ildə Sergey İvanovun nitqində səslənmişdi.

Vladimir Putinin mıtbuat xidmətinin katibi Dmitri Peskov “Rusiya xəbərlər xidməti ”nə: “Əslində bu məndə riqqət doğurdu. Kilsəyə aidiyyatı olan kilsələr, hökümət və ictimaiyyət arasındakı münasibətlərdə müəyyən universal ideyalar mövcuddur. Əlbəttə ki, bu o ideyalardır ki, onu Putin də, onun administrasiyasının başçısı İvanov da və bir çox adamlar bölüşə bilərlər. Bu ideyaları sərgiləyəndə onları plagiatçılıqda qınamaq, “ayrı işləri-gücləri olmamaqdan irəli gəlir”- deyib.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir