Putinin rus hərbi hissələrini fəxri adlarla adlandırmasına Ukraynadan etiraz


Putinin  rus hərbi hissələrini  fəxri adlarla adlandırmasına  Ukraynadan etiraz
Ukrayna Müdafiə Nazirliyi buna nə reaksiya verəcəyini müəyyən edə bilmir. Ukrayna Baş qərargah rəisi isə bunu tarix və şöhrət oğurlamaq kimi dəyərləndirir.

Ukraynanın Baş qərargah rəisi Viktor Mujenko Rusiya prezidenti Vladimir Putinin 11 rus hərbi hissəsinin Ukrayna, Belorus və Polşa şəhərlərinin şərəfinə adlandırılması qərarını şərh edib. Bu barədə o, Facebook-un səhifəsində yazıb.

Ukrayna yetkilisi bunu “başqasının tarixini və şöhrətini oğurlamaq”” adlandırıb.

“”Müasir rus ordusunun ənənısi – bu inanılmaz Rusiya imperiya və sovet mif qarışığıdır””, – deyə Viktor Mujenko qeyd edib.

Ukrayna Müdafiə Nazirliyi bəyan edib ki, bu hadisə ilə bağlı necə reaksiya verməcəkləri müəyyən edə bilmirlər.

Bir müddət əvvəl Putinin ölkənin 11 hərbi hissəsininə fəxri adlar verilməsi haqqında fərman imzaladığı haqda məlumat verilmişdi. Belə ki, Rusiya ordusunun 6-cı tank alayı “”Lvov qvardiyası “”, 68-ci tank alayı “” Zhitomir-Berlin qvardiyası”” və 163-cü tank alayı adlanacaq “”Nijinski qvardiyası “” adı alıb.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir