Ronaldo “Qatillərlə forma dəyişdirmərəm”-dediyinə görə sorğuya çəkiləcək


Ronaldo “Qatillərlə forma dəyişdirmərəm”-dediyinə görə sorğuya çəkiləcək
Çempionlar Liqasının 4/1 finalında “Qalatasaray” komandası ilə qarşılaşacaq “Real” Madridin ulduz oyunçusu Kriştian Ronaldoya qarşı UEFA tərəfindən soruşdurma başlanılıb.

Belə ki, 2014-cü il Dünya Çempionatının seçmə turnirində Portuqaliya yığması ilə İsrail yığmasının heç-heçə oynadığı oyundan sonra futbolçular forma dəyişdirərkən Ronaldo İsrailin formasını geyməkdən imtina edib. Daha sonra onun: “Mən qatillərlə forma dəyişmərəm”-dediyi söylənilir.

Bu hərəkətinin qarşılığında Kriştian Ronaldo barəsində UEFA tərəfindən istintaq aparılacağı açıqlanıb.

Xatırladaq ki, Kriştina Ronaldo 2011-ci ildə qazandığı “Qızıl ayaqqabı”larını hərraca çıxarmış, onun satışından əldə etdiyi gəliri Fələstinli uşaqlara bağışlamışdı.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir