Roskomnadzor rusiyalıların şəxsi yazışmalarını “yoxlayacaq”””


Roskomnadzor rusiyalıların şəxsi  yazışmalarını "yoxlayacaq"
Roskomnadzora “Odnoklassniki””, “”VKontakte”” kimi sosial şəbəkə və elektron poçt, çat (Agent.Mail.ru, İCQ) istifadəçilərinin yazışmalarını yoxlamaq hüququ verilib.

Aidiyyatı sənədi RF baş naziri Dmitri Medvedyev imzalayıb. Qeyd edilir ki, bu sənəd “”antiterror”” proqramı çərçivəsində Rusiya vətəndaşlarının hüququnu qorumaq məqsədilə qəbul edilib.

Qəbul olunmuş qətnaməyə əsasən Roskomnadzorun faktları müəyyənləşdirməkdən ötəri, qəbul olunan, verilən, göndərilən məlumatları yoxlamaq hüququ var. Bundan başqa idarə informasiyanın yayılmasını təşkil edən resursları analiz edə və baxış keçirə, istifadəçilərə açıq olan fəaliyyətini yaza və qeyd edə bilər.

Yazışmanın yoxlanmasını yalnız operativ-axtarış tədbirləri həyata keçirən hüqüq mühafizə orqanları gerçəkləşdirəcək. Bununla yanaşı, yazışmanın təftişi iki dəfə olacaq. Yoxlama məqsədiylə olan ikinci təftiş 60 günlük müddəti aşmamalıdır.

Ekspertlər qəbul olunmuş yeni dəyişikliklə bağlı 19 noqsan daxil olan rəsmi protokol dərc ediblər. Mütəxəssislər məxfi informasiyanın yüksək yayılma riskini qeyd edərək, bununla yanaşı yazışmada günahkar olanları məsuliyyətə cəlb etməyin mümkün olmayacağını göstərirlər. Bundan əlavə Rusiya Federasiyasının hüdudlarından kənarda yerləşən kompaniya və fiziki şəxsləri yoxlamaq mümkün deyil- deyirlər.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir