Rubl üzüaşağı üzür… Moskva birjalarında rublun antirekordu


Rubl üzüaşağı üzür... Moskva birjalarında rublun antirekordu
Rubl son dörd ayda dollar və avroya nisbətən çox gücül şəkildə dəyərdən düşüb. Analiktiklər bunu dünya bazarında neftin qiymətinin getdikcə ücüzlaşması və inkişaf etmiş bazarlardan investisiyanın azalması fonunda Çinin iqtisadi perspektivinin təhlükəyə girməsi ilə bağlayırlar.

Dolların kürsü həftənin əvvəlində enişini artıraraq 4 ayda özünün minimumunu yenilədi. Bununla yanaşı dollar dollar 1 rubl artaraq 59,867 rubla qalxaraq 23 martdakı göstəriciyə çatıb. Avro isə 66,276 rubl (16 martdakı maksimum hədd) olub.

Ümumilikdə iyulun ortalarında bivalyuta zənbilinin dəyəri 4 rubla qədər bahalanaraq psixoloji 60 rublluk həddi keçərək 62,7 rublluk şkalanı göstəirir. Dolların kursu bu zaman ərzində 3 rubldan artıq, avro isə 4,5 rubl qalxıb.

“Bu neftin qiyməti ilə əlaqədardır, çünki biz orada yeni minimum, Brent markasının 54-ə yaxınlaşdığını görürük. Analoji olaraq sonrakı mərhələdə neftin qiymətinin getdikcə düşəcəyi və ya aşağı dəyərdə qalacağı kimi şərhlər eşidilir, buna görə rubl birtərəfli istiqamət götürərək zəifləməkdə davam edir””-deyə ING Russia-nın istisadçısı Dmitri Polevoy belə düşünür.

Rusiyadakı Deutsche Bankın iqtisadçısı Yaroslav Lisovolikin fikrincə isə, bir çox şeylərdə bu hərəkətlilik neftin qiymətinin gözlənilən hərərkəti ilə bağlıdır. “”Bir sıra faktorlar indi neftin qiymətinə təsir edir ki, ən başlıca faktorlardan biri də rubla təsir edəndir””.

Neftin qiymətinin Rusiya valyutasına təsirindən başqa, iqtisadçılar inkişaf etmiş bazarlardan vəsaitlərin çıxarılmasının fonunda çin iqtisadiyyatının təhlükədə olmasının təsiri olduğunu qeyd edirlər.

«Bundan başqa ümumdünya maliyyə bazarlarında vəziyyət getdikcə gərginləşir, Çinlə, Çin iqtisadiyyatilə bağlı qorxu artdığı şəraitdə isə bu neftin qiyməyinin effektinə və həmçinin inkişaf etmiş bazarlarda, o cümlədən Rusiyada maliyyə vəsaiti və investisiyanın çıxarılmasına təsir edir””-deyə Lisovolik bildirib.

“”İkinci məqam- əgər son bir neçə ayda rublun ucuzlaşması miqyasını neftin ucuzlaşması miqyası ilə müqayisə etsək, o zaman rublun neftdən bi az aşağı templə endiyinin şahidi olariq ki, bu da pessimizmə əsas verir. Bütün bunlar təbii ki, Çin iqtisadiyyatının təhlükəsi fonundadır, ona görə də rublun niyə enməsində bu mühüm amildir””-deyə Polevoy belə hesab edir.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir