Rusiya Azərbaycan 1:0


Rusiya Azərbaycan 1:0

Dünya Çempionatının seçmə turnirində Moskvanın “Lujniki ” stadionunda Azərbaycan Rusiya arasındakı futbol qarşılaşması tamamilə meydan sahiblərinin üstünlüyü ilə keçdi. İlk hissənin birinci dəqiqələrində Azərbaycan oyuna hücumla başlasa da sonradan 45 dəqiqə ərzində müdafiə olunmalı oldu.

Azərbaycan yığmasının qapısı ağzında çoxsaylı qol vəziyyəti yaradan Rusiya yığması hesabı aça bilmədi. Birinci hissədə maraqlı oyun nümayiş etdirən Rusiya komandasının bəxt üzünə gülmədi.Birinci hissə 0:0 hesabı ilə başa çatdı.

Oyunun ikinci hissəsinin ilk birinci yarısında tep aşağı düşsə də Rusiya komandası hücum etməkdə davam etdi. İkinci hissədə Rusiya yığmasının baş məşqçisi Kapello Aleksandr Səmədovu Alon Djaqoyev ilə əvəz etdikədn sonra oyun yenidən sürətləndi.

Azərbaycan yığması 83 dəqiqə hesabı saxlasa da, Karmarn Ağayevin qapısı ağzında qaydanı pozmaq komandamıza baha başa gəldi. Makedoniyalı hakim Azərbaycan komandasını 11 metrlik cərimə zərbəsi ilə cəzalandırdı. Şirokov sərrast zərbə ilə topu qapıdan keçirti. Hesab 1:0 Rusiya yığmasının xeyrinə dəyi.di. Beləcə oyun 1:0 hesabı ilə başa çatdı.

/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir