Rusiya Hollandiyaya nota göndərdi


Rusiya Hollandiyaya  nota göndərdi
Haqqadakı Rusiya səfirliyinin əməkdaşının döyülüməsinə etiraz olara RF XİN Hollandiyaya sərt etiraz notası göndərib. Bu haqda “İnterfaks” agentliyi RF XİN nümayəndəsi Aleksandr Lukaşeviçə istinadən məlumat verib.

Lukaşeviçin sözlərinə gərə Rusiyanın Hollandiyadakı elçiliyinin müşaviri Dimitri Borodinə bu bazar hücum ediblər. Əynində kamfulyaj olan silahlı adamlar Borodinin evinə soxularaq diplomatı “güya ki, uşaqlarla pis rəftar etdiyinə görə tam düşünülümüş şəkildə” döüyüblər.

Lukaşeviç qeyd edib ki, Borodinin özünün diplomatik statusu haqqında xatırlatmasını belə hücumçular veclərinə almayıblar.
Bundan başqa nazirliyin nümayədəsi diplomatın əlinə qandal vurub bütün gecəni polis idarəsində saxlayıb, sonra “izahat vermədən və üzr istəmədən” buraxılmasından qəzəbləndiyini bildirib.

KİV-dən verilən məlumata görə Borodin ona hücum olunduğunu təsdiqləyib. Diplomat söyləyib ki, onun evinə soxulan və heç bir sənəd təqdim etməyən adamlar qonşulardan uşalqlarla pis rəftar etməsi haqqında məlumat daxil olduğunu deyiblər. Bundan sonra gələnlər onu döşəməyə sərib, əllərinə qandal keçirib və polis dəyəniyi ilə başına vurublar.

Lukaşeviçin bildirdiyinə görə Rusiyanın Haqqada olan səfirliyi diplomata hücumla bağlı vəziyyəti araşdırır.

Məhəmməd
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir