Rusiyada koronanın artamsı səbəbiylə lokdaun elan edildi


Rusiya oktyabr ayının 30-dan bir həftəlik qeyri-iş gününə keçir. Lakin bu müddətin uzadılacağı da istisna edilmir.

Rusiya prezidenti ölkədə oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günü elan edilməsni təsdiqlədi.

Rusiya Prezidenti Vladimir Putin, maaşların  saxlanması şərti ilə  oktyabrın 30-dan noyabrın 7-nə kimi ölkədə qeyri-iş günlərinin tətbiq olunacağını açıqladı.  O, bunu hökumət üzvləri ilə görüşü zamanı bildirib.

O, “İndi epidemiyanın yeni dalğasının zirvəsini aşağı salmaq xüsusilə vacibdir” dedi.

Dövlət başçısı, lazım gələrsə qeyri-iş günlərinin uzadıla biləcəyini  də  istisna etmədi və  bəzi bölgələri oktyabrdan 23-dən  etibarən  bunu tətbiq etməyə  çağırdı.

Baş nazirin müavini Tatyana Qolikova, koronavirusla əlaqədar kəskin vəziyyət səbəbiylə qeyri-iş günlərinin tətbiq edilməsini təklif etmişdi.

Oktyabrın 30-dan noyabrın 7-dək qeyri-iş günləri elan etməyi təklif edən Qolikovanın  fikrincə, bəzi bölgələr  oktyabrdan 23-dən etibarən bunu həyata keçirməyə başlamalıdırlar. Baş nazirin müavini federasiyanın hansı subyektlərindən bəhs etdiyini açıqlamayıb.

Golikova Baş nazir Mixail Mishustin tərəfindən dəstəkləyib.  Onun sözlərinə görə, əvvəlki təcrübə bu cür tədbirlərin effektivliyini göstərdi.. 2020-ci ildə, Rusiyada maaşların qorunması ilə artıq qeyri-iş günləri tətbiq edilmişdi. Əvvəlcə bu tədbiri  martın 30 -dan aprelin 5 -dək davam etməsi  nəzərdə tutulurdu, lakin Putin o zaman onu  aprelin 30-na, sonra isə  mayın 11-nə qədər uzatmışdı.

Səhiyyə Nazirliyinin rəhbəri Mixail Muraşkonun sözlərinə görə, Udmurtiya, Başqırdıstan və Tatarıstanda, Orenburq, Tümen, İvanovo bölgələrində və Perm diyarında vəziyyət gərgin olaraq qalır.

Mütəxəssislər qeyri-iş günlərinin yeni epidemiya dalğasının zirvəsini aşmağa kömək edəcəyinə inanırlar.

Son bir gündə Rusiyada rekord sayda 1028 nəfər ölüb. Oktyabrda  19-da 1015 nəfər vəfat edib. Bundan əvvəl 998 nəfər . Bildirilən ölənlərin ümumi sayı 226,353 nəfərdir.

Yenises.ru


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir