Rusiyada patrulların sayını artırdılar


Rusiya Qvardiyası, vətəndaşlarla profilaktik iş aparmaq üçün Moskvada patrul sayının artdığını açıqladı. Hüquqi qaydaların qorunması, o cümlədən profilaktik tədbirlərin həyata keçirilməsi üçün əlavə olaraq Rusiya Qvardiyasının baş qərargah bölmələrinin işçiləri cəlb olunub. Xüsusilə, özəl təhlükəsizlik və xüsusi təyinatlı qüvvələri bölmələrinin sayı artırıldı.

Patrulda iştirak edən həbri xidmətçilərin sayı barədə məlumat verilmir. Bundan əvvəl Rusiya Qvardiyasının Mərkəzi Dairə Qoşunlarının komandanı general-polkovnik İqor Qolloyev bildirib ki, adi günlərdə hər gün Mərkəzi Federal Dairəsində 1800 nəfərlik Rosqvardiya dəstəsi çıxarılır. Təkcə Moskvada 950 ekipaj daim təhlükəsizliyi təmin edir.

Pandemiyada patrullar vətəndaşların özünü təcridetmə rejiminin pozması səbəbini aydınlaşdırmaq üçün sənədləri yoxlamağa başlayıblar.

Bundan əvvəl Moskva meri Sergey Sobyanin və Moskva vilayətinin qubernatoru koronavirusun yayılması ilə mübarizə üzrə yeni tədbirlər barədə məlumat vermişdilər. Xüsusilə, vətəndaşların özünü təcridetmə rejiminə uyğunluğunu izləmək üçün polis və Rusiya Qvardiyasının kontingentinin artırılması qərara alındı.

YENİSES.RU


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir