Rusiyalı islamşünas müsəlman kitablarının “ağ siyahı “”sını yaratmağı təklif edib”


Rusiyalı  islamşünas  müsəlman kitablarının   "ağ siyahı "sını  yaratmağı  təklif  edib
Rusiya Federasiyası Ədliyyə Nazirliyi yanında Dövlət Dini Tədqiqatlar üzrə ekspert şurasının sədr müavini Roman Silantyev İslam kitablarını qadağan edilməkdən qorumaq üçün xüsusi siyahı yaradılması təklifiylə çıxış edib.

“Daxili İşlər Nazirliyi, Federal Təhlükəsizlik Xidməti və prokurorluq tərəfindən tanınmayan “ağ siyahı”ya daxil edilən müsəlman kitabları ekspertizaya verilərsə, normal olanının belə hər zaman ekstremist ədəbiyyat kimi tanınması təhlükəsi olacaq”-deyə rusiyalı islamşünas bildirib.

Silantyev onu da qeyd edib ki, əvvəllər də Rusiya Müsəlmanları Dini Mərkəzi iradəsinin başçısı Talqat Tacuddin, Şimali Qafqaz müftilərinin Moskvadakı nümayəndəsi Şafiq Pşixaçev, Rusiya İslam anlaşma assosiasiyası üləmalar şurasının başçısı Fərid Salman DİN-nin Ekstremizmə qarşı baş idarəsinin sədri Timur Valiulinə islam ədəbiyyatına qoyulan qadağa qaydalarına korrektə edilməsi ilə bağlı məktubla müraciət ediblər. Məktubda göstərilib ki, klassik nümunələrə qadağa qoyulması ekstremistlərin əlinə hökümətə qarşı istifadə etmək üçün tutarlı arqument verir, rəsmi İslam liderlərinin şəxsiyyətinə xələl gətirir və sadə dindarların mənəviyyatına toxunur.

Müəlliflər , xüsusilə “Quran”, hədislər toplusu və və digər ədəbu nümunələrinə ekspertiza tətbiq edilməməsini istəyiblər.
Silantyev onların təklifini Valiulinin müsbət qarşıladığını söyləyib. Lakin DİN-nin Ekstremizmə qarşı baş idarəsinin sədri ekspertiza ilə prokurorluq da məşğul olduğundan analoji müraciətin ora da ünvanlanmasının gərəkdiyini deyib.

Silantyev Azərbaycan filosofu Elmir Quliyevin ” Qurani-Kərimin rus dilinə semantik tərcüməsi”” kitabının Novorossiysk Oktyabr Rayon Məhkəməsi tərəfindən ekstremist ədəbiyyat kimi tanınması qərarını da şərh edib. O, bir çox müsəlmanlarin fikrincə həmin əsərin səthi tərcümə edilib, onda “vəhhabi meyylərin” olduğunu qənətindən çıxış etdiklərini vurğulayıb.

İslamşünasın sözlərinə görə, Elmir Quliyevin tərcüməsinin qadağan edilməsi xüsusi problemlərə yol açmasa da, Novorossiysk məhkəməsinin qərarı “”Ekstremizmi harada və necə yoxlamaq-sualını yenidən gündəmə gətirir”.

Məhəmməd Məmmədov
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir