SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ


SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Volqa-Xəzər sülhün görünməyən körpüsü

Körpülər təkcə qarşı sahilləri deyil millətləri, münasibətləri, sevgiləri birləşdirməyə götürən yoldur. Noyabrın 15-16-da Samarada Azərbaycan mədəniyyəti günlərinin “Volqa-Xəzər sülhün görünməz körpüsü” adı altında keçirilməsində əsas vurğu buna yönəlmişdi.

Əvvəldən də xəbər verildiyi kimi 14 regionu birləşdirən Privoljsk Federal dairəsinin milli-mədəni ictimai birlikləri belə bir tədbirin keçirilməsi üçün coğrafi cəhətdən mərkəzdə yerləşən və Rusiyanın ürəyi sayılan Samaranı məkan seçmişdilər.

Samarada Azərbaycan mədəniyyəti günləri çərçivəsində keçirilən tədbir şəhərin Şöhrət meydanında Böyük Vətən müharibəsində həlak olanların şərəfinə ucaldılmış naməlum əsgərin barelyefi qoyulmuş memorial abidə kompleksinin önünə əklil və çiçək dəstələri qoyma mərasimi ilə başlandı.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Sonra regionlarından gələn Azərbaycan təşkilatlarının nümayəndələr dəyirmi masanın keçirildiyi Samara Quberniya Dumasına gəldilər.

Forum ıştirakçıları Samara vilayətinin isqtisadi-sosial həyatındakı yeniliklərdən bəhs edən “Samara Rusiyanın döyünən qəlbidir” adlı videoçarxı izlədilər.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Tədbirin təşəbbüskarı və təşkilatşılarından olan Samara vilayəti Azərbaycanlıları Liqasının sədri, Samara vilayətı İctimai palatasının üzvü Şirvan Kərimov yığıncaqda iştirak edən Samara vilayəti qubernatorluğunun, Quberniya və şəhər Dumasının, vilayəti höküməti və şəhər administrasiyasının, Samara vilayəti İctimai palatasının, eləcə də regionlaradan gələn Azərbaycan ictimai birliklərinin nümayəndələrini və qonaqları salamlayaraq dəvətini qəbul etdiklərinə görə hər birinə ayrı-ayrılıqda təşəkkür etdi.

Şirvan Kərinov yığıncağın “Volqa-Xəzər – sülhün görünməz körpüsü” adı ilə keçirilməsinin təsadüfi olmadığına da diqqət çəkdi.

“Böyük Vətən mümharibəsi dövründə çətin şərtlər altında Bakı nefti Volqa –Xəzər yolu ilə Rusiyanın müxtəlif regionlarına çatdırılıb. Bizim ümumu qələbəmizin təmin olunmasında bu yolun böyük rolu olub. Volqa-Xəzər -bu yol sülhün, bərabərliyin, qardaşlığın görünməz körpüsüdür”.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
“Böyük Vətən mühairəbəsində müxtəlif millətlərin nümayəndələrinin birgə iştirakı bizi birləşdirən əsas faktorlardan biridir”.

Şivan Kərimovun söylədiyi bu fikrilər sonradan “dəyirmi masanın” işində iştirak edənlərin çıxışında dəfələrlə təkrarlandı.

Şirvan Kərimov forum işinə başlamazdan əvvəl Samara Quberniya dumasının keçmiş sədri, mərhum Viktor Feodoroviç Sazonovu xatıradı. “ Bu gün milli məsələlər, millətlərarası münasibətlərdən danışmaq trenddirsə, 15-16 il əvvəl bunu açıqca dilə gətrimək o qədər də asan deyildi. 2004-cü ildə biz Sazonivla bir anlaşma imzaladıq. O zaman hər bir siyasətçi tribunaya qalxıb ictimai birliklərə yardım edəcəklərini söylədilər. Bizim fəaliyyətimizdə Sazonovun dəstəyi, rolu danılmazdır.

O, Viktor Sazonovun xatirəsinə ehtiram əlaməti olaraq üzərində onun şəkli toxunmuş xalçanı Quberniya dumasının deputatı Qalina Kozlovskayaya hədiyyə etdi.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Forumda iştirak edən Samara vilayət qubernatorunun müşaviri İrina Skupova Samara vilayət qubernatoru Dmitri Azarovun təbrik məktubunu oxudu.
Məktubda qubernator millətlərarası münasibətlərin möhkəmlənməsinə xidmət edən bu mədəniyyət hadisəsini qiymətləndirməyin çətin olduğunu vurğulamış, belə bir təşəbbüsün ortaya atılmasında və təşkil olunmasında əməyi keçənlərə təşəkkür ünvanlamışdı.

Daha sonra məktubda deyilirdi ki, Samara Vilayəti Azəbaycanlıları Liqası Samara vilayətində böyük nüfuza sahibdir və bu illər ərzində müxtəlif səpkidə tədbirlər keçirib, beynəlxalq festivallarda Samara vilayətini layiqincə təmsil ediblər. Yığıncağın işində hər kəsə uğurlar arzulayır, diasporun Samara vilayəti dövlət və ictimai qurumları ilə birgə əməkdaşlıq çərçivəsində daha faydalı layihələrə, tədbirlərə imza atacağına əminəm.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
İrina Skupova öz adından onu əlavə etdi ki, millətlərarası, xalqlararası siyasət bürokratik janrın terminləridir. Bizim üçün insani münasibətlərin dəyəri bir başqadır. Samara Azərbaycanlıları Liqası və onun rəhbəri Şirvan Kərimovun bu insani keyfiyyətlərini, hər zaman yardıma can atdığını, məsuliyyətini görürük. Münasibətlərdə əsas olan da budur.

Samara Quberniya Dumasının deputatı Qalina Kozlovsakaya isə əvvəl Dumanın sədri Gennadi Petroviç Kotelnikovun təbrik məktubunu oxudu.

Quberniya Dumasının deputatı Q. Kozlovskaya-Keçmiş sovetlərin varisi olan xalqları ümumi tarix birləşdirir və Volqa-Kaspi görünməz deyil, görünən körpüdür. Bu konteksdən çıxış edən deputat İlham Əliyevin Azərbaycanda bu ili Nəsimi ili elan etməsi və Moskvada dahi şairə heykəl qoyulmasının faydasından söz açdı. Bu kimi mədəni əlaqələr, mədəniyyətlərin mübadiləsi Rusiya və Azərbaycan arasındakı münasibətləri zənginləşməsinə xidmət edəndir-dedi.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Şirvan Kərimovla birlikdə tədbirə moderatorluq edən Samara vilayəti qubernatoru administrasiyasının milli və dini siyasət departamenti daxili siyasət idarəsinin rəhbəri Nadejda Osipova isə Privoljsk Federal dairəsində fəaliyyət göstərən diaspor təşkilatları və birliklərinin işinə toxundu. Milli-dini münasibətlərin möhkəmlənməsi, xalqlar arasında sülh, dostluq və qardaşlığa hesablanan mədəniyyət tədbirlərinin keçirilməsindən, o tədbirlərdə ölkə və region başçıları səviyyəsində birgə görüşlərdən danışdı.

Samara şəhər admisitrasiyası aparatının yektilisi Dmitri Dolqanov, Samara vilayəti ictimai palatasının nümayəndəsi hüquq elmləri namizədi, professor Viktor Polyanski, Rusiyanın Əməkdar həkimi Qalina Qusarova və digər çıxış edənlər Samara vilayəti Azərbaycanlıları Liqasının 16 ildə gördüyü işləri təqdir etdilər. Hər bir çıxış edən bu bölgədə fəaliyyəti ilə hər kəsə örnək olan Azərbaycan cəmiyyətinin təcrübələrindən bəhrələnməyin ümumi işin xeyrinə olacağını vurğuladılar.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Sonra dəyirmi masanın proqramında nəzərədə tutulan movzular dinlənildi.

“Samarada Azərbaycan cəmiyyəti: yaranma tarixi və etnomədəni kimliyin xüsusiyyətləri ” mövzusunda Ekaterina Yaqafova,
“Azərbaycanlıların Rusiya cəmiyyətinə inteqrasiyası” mövzusunda siyasi elmlər doktoru Natalya Muxametşina,
“Azərbaycan xalqının Boyük Vətən Müharibəsindəki qələbəyə töhfəsi. İkinci Bakı -dövlət proqramı” mövzusunda RF-nin Əməkdar Mədəniyyət işçisi, Samara vilayətinin baş biblioqrafı Aleksandr Zavalnıyın çıxışları maraqla dinlənildi.

“Xalq diplomatiyası. Azərbaycan diasporu dövlətlərarası münasibətlərin möhkəmlənməsində əsas faktor kimi ” mövzusunda isə texnika elmləri doktoru, professor Kamran Rüstəmovun çıxışı gözlənilirdi. Lakin səhhəti ilə bağlı görüşdə iştirak edə bilməməsi səbəbindən Şirvan Kərimov onun çıxışından bəzi tezisləri yığıncaq iştirakçılarının nəzərinə çatdırdı.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Konfransın işində iştirak edən Ulyanovsk diaspor təşkilatının rəhbəri İslam Hüseynovun çıxışı və regionda gördüyü işlər barədə hazırlanmış qısametrajlı filmin təqdimatı da maraqla qarşılandı. Tatarıstan Milli mədəni müxtariyyətinin gənclər qanadının rəhbəri Elvin Müslümov, Permdən Çingiz İsayev, AzərRoss agsaqqallar şurasının üzvü Vudadi Abbasov, Orenburq təşkilatından İlkin Kərimov çıxış edərək belə tədbirlərin təcrübə mübadiləsi üçün yararlılığından söz açdılar.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Penza, Mariy-El, Orenburq, Nijni-Novqorod, Başqırdıstan, Udmurtiya, Saratov və digər Azərbaycan cəmiyyətlərinin nümayəndələri Samaradan start götürmüş “Azərbaycan Mədəniyyəti günləri” adlı tədbirin digər regionlarda davam etdirilməsinə qərar verdilər.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Sonra konfrans iştirakçıları müxtəlif xalqların milli-adət ənənələrinin açıq havada nümayişi olan, hələ tikintisi davam edən “Etno-Parkı” ziyarət etdilər.

ETNO-PARK
“Xalqlar dostluğu parkı” adlanan və Samarada yaşayan 20-yə yaxın etnik millətin mədəniyyətini əsk etdirən milli evlər üçün Samara höküməti 12 hektar sahə ayrılıb. Millətlərin hər birinə istifadə üçün eyni ölçüdə -5 sot torpaq verilib. Kompleksin təşkilatçısının əsas devizi “Bərabərlik”dir. Bu haqda kompleksin direktoru İqor Budov məlumat verdi.

SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Müxtəlif millətlərin tarixi evlərini gəzən nümayəndələr Azərbaycan evində də oldular. Tikintisi hələ davam edən “Azərbaycan evi “” Samara Azərbaycanlıları Liqasının topladığı vəsait hesabına tikilir. Əsasən Bakı evləri stilində inşa edilən “”Azərbaycan evi “” digərlərindən hündürlüyünə görə fəqrlənir.

SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Azərbaycan Mədəniyyəti gününün ən böyük mədəniyyət nümayişi isə Samara vilayəti Azərbaycanlılar Liqasının mədəniyyət kollektivinin təşkil etdiyi “Qala konserti” idi.

Şəhərin 450 yerlik “Zarya” mədəniyyət evində düzənlənən konsert rəngarəngliyi ilə sözün əsl mənasında göz qamaşdırırdı. Samara vilayəti qubernator administrasiyasnının nümayəndəsi Nadejda Osipova qubernatorun təşəkkür məktubunu oxuyaraq incəsənət kollektivinin hər bir üzvünü qubernatorun fəxri-fərmanıyla təltif etdi.

SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
“Millətlərin mədəniyyət çələngi” təsiri bağışlayan konsertdə bir-birini əvəz edən rəqs və ifalara heyranlıqla baxmamaq olmurdu. Qubanov adına hərbi təhsil mərkəzinin xor kollektivinin, Ümumrusiya və beynəlxalq festivalların laureati Aida Əkbərovanın, Nail Əkbərovun, “Yaşa doğma Azərbaycan” deyən İntiqam Abdulalyev ifalarını Mirməhəmməd Seyidlinin bədii rəhbərlik etdiyi “Alpan”, “Xəyal” rəqs qruplarının ifasında milli, avar, acar xalq rəqsləri əvəz edir, Sabrina Fərəcova Nəsiminin qəzəlini həyəcanla söyləyir… Tam bir teatr tamaşasını xatırladan kiçik yaşlı ifaçılar- Mustafa Mustafayev və Sonya Kovalevskayanın birlikdə rəqsi, Mustafanın ayrıca “Çoban” rəqsi, artistizmi üzlərdə təbbəssüm doğurur, salondakı hərarəti daha da artırırdı.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Qala konserti Ülvi Paşazadənin ifasında “Qarabag ” şikəstəsi ilə yekunlaşdı.

Bu ifadan sonra LASO rəhbəri Şirvan Kərimov səhnəyə qalxdı və regionlardan gələn nümayəndələrə dərin təşəkkürlər gecəyə bu sözlərlə nidasını qoydu.

“Bunu hər zaman demişəm, yenə də bir diaspor eksperti kimi deyirəm. Harada yaşamağımızdan asılı olmayaraq bizi Azərbaycan dili, Azərbaycan mədəniyyəti birləşdirir. Bu mədəniyyətin ətraflnda milliyyətindən, etnosundan asılı olmayaraq bütün Azərbaycanda doğulub böyüyən xalqlar bir yerdə bir yumruq kimi yaşamalıdırlar, öz mədəniyyətlərinə, öz dillərinə, öz milli-mənəvi dəyərlərinə xidmət etməlidirlər.


SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Samarada Azərbaycan mədəniyyət günləri- II gün

İkinci gün isə “”Xalqlar dostlugu evi”ndə qonaqlarla görüş planlaşdırılmışdı. Xalqar dostluğu evinin direktoru İqor Burov nümayəndə heyətini duz-çörəklə qarşıladı.

Samarada yaşayan müxtəlif millətlərin mədəniyyət mərkəzləri haqqında ətraflı məlumat verən İqor Burov qonaqlara bütün mərkəzləri gəzdirdi. Azərbaycan mədəniyyət mərkəzinə ayrılan otağın digərlərindən geniş olması da gözümüzdən yayınmadı. Mərkəzdə ən böyük otağın azərbaycanlılara məxsus olmasında Şirvan Kərimovun payı var və bu bizim ona münasibətimizin göstəricidsidir-deyə İqor Budov təbəssümlə bildirdi.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ

Sonra LASO gənclər təşkilatının hazırladığı “Nəsimi -650” yubiley tədbiri başlandı. Samir Babayev və Müşfiq Dəmirovun təşkilatşılıq etdiyi dahi şairin yubiley tədbirində şairin keçdiyi məşəqqətli yoldan söhbət açıldı, balaca qiraətçilərin dilindən qəzəlləri azərbaycan və rus dillərində səsləndi.

Sonda üzərində Nəsiminin şəkli təsvir edilmiş tort kəsildi və qonaqlarla şay süfrəsi arxasında görüş davam etdi. Və.. beləliklə Samara vilayəti Azərbaycanlılaır Liqası 16 illik tarixində növbəti, təntənəli və möhtəşəm bir tədbirə də imzasını qoydu.
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
Samarada baş tutan Azərbaycan Mədəniyyəti günləri özünün sınaq dövrünü yaşayan Rusiyadakı Azərbaycan diaspor təşkilatlarımızın yenidən canlanmasına və birləşməsinə təkan verən ümid körpüsü olacaq diləyilə…

Tünzalə Vəliqızı,
Moskva-Samara-Moskva

FOTOLAR YENİSES.RU-nundur

SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ
SAMARADA AZƏRBAYCAN MƏDƏNİYYƏTİ GÜNLƏRİ KEÇİRİLDİ


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir