Tacikistanlı nazir rus familiyasından imtina etdi


Tacikistanlı nazir  rus familiyasından imtina etdi
“Kosimov yox, Rohman deyin mənə”. Bunu Tacikistanın Kənd təsərrüfatı naziri jurnalistlərlə keçirdiyi mətbuat konfransında söyləyib.

Kənd Təsərrüfatı naziri Kosim Kosimov familiyasını dəyişdirib Rohbar oldu. Nazir bu addımı ölkənin baş prokuroru lazımi vətənpərvərlik göstərməyib hələ də slavyan sonluqlu familiya daşıyanları tənqid edəndən sonra atıb.

Əslində Kənd təsərrüfatı naziri familiyasını niyə dəyişdiyini açıqlamayıb. Amma tacik KİV-i hesab edir ki, ölkənin baş prokurorunun bir çoxlarının familiyasının rus sonluğu ilə bitdiyinə eyham edərək, onları məzəmmət etdikdən sonra o, bu qərara gəlib.

Mətbuat konfransında Tacikistan Kənd təsərrüfatı naziri Kosim Kosimov bəyan edib ki, o familiyasının dəyişdirilməsi üçün sənəd verib, artıq atasının adını özünə soyad götürdüyü üçün bundan sonra onu “Kosim Rohman” adlandırmalarını xahiş edib.

Bundan əvvəl Tacikistanın baş prokuroru Şirxon Salimzadə “Cümhuriyyət” dövət qəzetində bir çox tacik vətəndaşının ad və familiyasının rusca yazıldığını açıqlamışdı. O, “Bu tendensiyanın ölkədə, gənc nəsillərdə milli və vətənpərvərlik anlayışının aşağı səviyyədə olmasına əyani sübutudur”- deyə qeyd etmişdi.

Ayxan Azəroğlu
/Yenises.ru/


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir