Tanınmış şair Məmməd İsmayıl Beynəlxalq mükafata layiq görülüb


Tanınmış şair Məmməd İsmayıl Beynəlxalq mükafata layiq görülüb
Mərkəzi ofisi Brüssel və Priştinada yerləşən Beynəlxalq Yazıçılar Birliyinin Peter Bogdani mükafat komitəsi ənənəvi olaraq hər il noyabr ayının 27-də Peter Bogdani ədəbiyyat mükafatının və medalının sahiblərini elan edir. Bu mükafata bir qayda olaraq yaradıcılıqları ilə ədəbiyyatda önəmli iz buraxan və fərqlənən şairlər layiq görülür.
Tanınmış şair Məmməd İsmayıl Beynəlxalq mükafata layiq görülüb
Moderator.az xəbər verir ki, builki mükafatlar Hindistandan Rama Krisha Peruq,Ukraynadan Aleksandr Korotka, Moldavyadan Nicolae Dabija, Qazağıstandan Kairat Desenov və həmyerlimiz şair Məmməd İsmayıla verilib.

Diplom və medalların təqdimatı 2018-ci il yanvar ayının 26-da Parisdə olacaq.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir